image-2000x150
image-1681984089_thumbbackend

Paşinyan: “Qarabağ Azərbaycandır”

image-728x90

“Ermənistan Madrid prinsiplərinə əsasən Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb. Sadəcə problem bundadır ki, biz arzularımızı reallıq hesab edib uzun illər bununla yaşamışıq”.

Bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistin “Siz qeyd etdiniz ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü Azərbaycan SSR çərçivəsində tanıyır. Bu, həm də o deməkdirmi ki, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir?” sualına cavab verərkən deyib.

“Amma düşünmədik ki, bu “reallığın” beynəlxalq və geosiyasi reallıqla heç bir əlaqəsi yoxdur. Biz bu gerçək reallıqla üz-üzə qalmalıyıq”, deyə o, qeyd edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90