Ermənistanın Baş naziri Nikol Paşinyan rəsmi olaraq 2026-cı il parlament seçkilərində “Mülki Müqavilə” partiyasından namizədlərin proporsional siyahısına üzvlüyünə namizədliyini irəli sürüb.
O, seçkilərdə “Qarabağsız Ermənistan” konsepsiyası ilə iştirak edəcəyini açıqlayıb.
Qarabağsız Ermənistan” konsepsiyası ilə 2026-cı il seçkilərinə qatılıram. İnanıram ki, bu, ölkəmizin demokratik və təhlükəsiz gələcəyi üçün yeganə doğru yoldur”, – Paşinyan qeyd edib.
Məktub “Vətəndaş müqaviləsi” partiyasının adından, Nikol Paşinyanın imzası ilə yayımlanıb.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri gələn ilin yay aylarında keçiriləcək.
Bu barədə o, özü Facebook səhifəsində məlumat verib.
Qeyd edək ki, indiyə qədər hərbi cani Robert Köçəryan, keçmiş ombudsman Arman Tatoyan və “Özümüz bildiyimiz kimi” hərəkatının ideoloji lideri həbsxanada yatan rusiyalı oliqarx Samvel Karapetyan seçkilərdə iştirak edəcəklərini açıqlayıblar.






















