Ermənistanın baş naziri Nikol Paşinyan öz çıxışında keçmiş prezidentlər Levon Ter-Petrosyanı, Robert Koçaryanı və Serj Sarkisyanı kəskin tənqid edib.
Bizim.Media xəbər verir ki, bu barədə Telegram kanalları yazıb.
“Levon, Serj və Robert daim iddia edirlər ki, guya məhz mən Ermənistanı müharibəyə sürükləmişəm. Amma əgər müharibəyə mən sürükləmişdimsə, onda 2018-ci ildə 18 yaşlı erməni əsgəri Ermənistanın suveren ərazisindən kənarda nə gəzirdi? Bu sualı sizə verirəm. Həm də həmin döyüşənlər sizin övladlarınız, nəvələriniz deyildi. Bəs niyə öz uşaqlarınızı, nəvələrinizi “sülh zonası”na göndərmirdiniz? Cavab verin, Levon, Serj və Robert. O vaxt sizin övladlarınız harada idi və nə işlə məşğul idilər?”.
Paşinyan həmçinin Levon Ter-Petrosyana xüsusi irad tutub: “Levon, sən 2008-ci ilin 1 martında katolikosu evinin qapısının ağzında qoyub, sahənin darvazasından içəri buraxmamışdın. Katolikosu it daxmasının arxasından o tərəfə buraxmadın. İndi isə Ktritç Nersisyanı müdafiə edirsən. Ən yaxşısı, tez bir zamanda böyük Ktritçdən üzr istə, çünki 2008-ci ilin 1 martında ona qarşı hörmətsizlik etmisən.”
Ardınca Paşinyan keçmiş prezidentləri debatlara səsləyib:
“Siz, özünüzü “güclü oğlanlar” adlandıranlar gəlib debatlarda iştirak edəcəksiniz, ya yox?”.
Bu çıxış Paşinyanın həm daxili siyasi rəqiblərinə qarşı hücumunu göstərir, həm də onun cəmiyyətə yönəlmiş populist ritorikasının bir nümunəsidir.