image-2000x150
image-1backend

“PAŞİNYAN NOYABRDA BAKIYA GƏLƏ BİLƏR” – “Bizə də elə bu lazımdır…”

image-728x90

“Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh və ya çərçivə sazişinin noyabra qədər imzalanmasının mümkünlüyünü səsləndirməklə həmin ayda Bakıda iqlim dəyişikliyi ilə bağlı beynəlxalq konfransda iştirakına işarə edib. Bu, mümkündür”.

Ulusal.az  xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu N.Paşinyanın dünən mətbuat konfransında səsləndirdiyi bəyanatları şərh edərkən bildirib.

Xatırladaq ki, Baş nazir dünənki çıxışında Türkiyə və Azərbaycanla düşmənçiliyə son qoyulmasının vacibliyini bildirib: “Çünki yalnız belə yanaşma ölkənin təhlükəsizliyini təmin edə bilər. Sülh gündəliyi təhlükəsizlik aləti kimi qəbul edilib. Müxalifətinin tələblərinə baxmayaraq, Azərbaycanla sərhədin delimitasiyası prosesini dayandırmayacağıq. Delimitasiyadan imtinanın qaçılmaz nəticəsi müharibə olacaq və bu müharibə müəyyən mənada qeyri-qanuni olmayacaq. Biz deyirik ki, yaxşı, əziz jurnalistlər, hörmətli din xadimləri, yepiskoplar, katolikos həzrətləri, siz deyirsiniz ki, bu gündən etibarən sərhədləri ayırmağa son qoyaq… Sonra nə olacaq? Bir şey – müharibə”.

Poltoloq hesab edir ki, noyabra qədər saziş imzalanarsa, o, Bakıdakı tədbirin əhəmiyyətini artıracaq. Təhlilçinin sözlərinə görə, ancaq buna qədər Nikol Paşinyan erməni radikalları və kilsə ilə mübarizəsini davam etdirməli və özünün bugünkü mətbuat konfransıda dediyi kimi ölkəsinin Azərbaycan və Türkiyə ilə düşmənçilik siyasətini sona çatdırmalıdır: “Aydındır ki, Nikol Paşinyan iki qonşusu ilə sülhə nail olarsa belə, daşnaklar, Qarabağ klanının üzvləri, separatçılar və keşişlər Azərbaycana və türk dünyasına qarşı düşməçilikdən əl çəkməyəcəklər. Önəmli olan erməni cəmiyyətinin əksər hissəsinin Nikol Paşinyanın siyasətinə dəstəyi davam etdirməsidir. Sülhdən sonra Ermənistanın Azərbaycanın və Türkiyənin iştirakçısı olduğu regional layihələrə qatılması bu ölkəni anti-türk mərkəzlərdən daha da uzaqlaşmasına şərait yaradacaq. Bunu Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı adlandırmaq mümkün olacaq. Bizə də elə bu lazımdır”.“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90