image-rt-reklam
image-1backend

Paşinyan komandasına Rusiya ilə bağlı əmr verdi: Avqustun 23-də nə olacaq?

image-728x90

Ermənistanda keçirilən son sorğuların nəticələri Nikol Paşinyanı məyus edib.

Ulusal.az xəbər verir ki, sorğunun nəticələrinə görə, ölkədə qərbpərəstlərə inam azalır. “Hraparak” nəşri yazır ki, Paşinyan komandasına daha fəal olmağı və Rusiyaya qarşı sərt hərəkətlərə başlamağı əmr edib.

Amerika Beynəlxalq Respublikaçılar İnstitutunun son sorğularına görə, qərbyönlü seçicilərin sayı təxminən 10 faiz azalıb.

Aİ-yə üzvlüklə bağlı referendum gələn bazar gününə təyin edilsəydi, sadə vətəndaşlar necə səs verərdi? Respondentlərin 49 faizi lehinə, 15 faizi isə əleyhinə, 31 faizi isə ümumiyyətlə səs verməyəcəyini bildirib.

Ötən ilin sentyabrında keçirilmiş eyni sorğu ilə müqayisədə Ermənistanda Aİ-yə üzvlük tərəfdarlarının sayı təxminən 10 faiz azalıb.

Bildirilir ki, Paşinyanın əmrinə əsasən yaxın gələcəkdə özünü qərbyönlü adlandıran qruplar aktiv anti-Rusiya hərəkətləri həyata keçirəcək. Məsələn, Ermənistanın Müstəqillik Bəyannaməsinin qəbul edildiyi gün – avqustun 23-də Gümrüdə 102-ci hərbi bazanın Ermənistandan çıxarılması tələbi ilə nümayiş keçirməyə hazırlıq görülür.publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90