image-2000x150
image-pasinyanbackend

Paşinyan: “İrəvan Bakının cavabını gözləyir”

image-728x90

Ermənistan Azərbaycana sərhədlərin delimitasiyası üzrə komissiyalarının işi ilə bağlı reqlament layihəsi göndərib.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumət saatında deyib.

Paşinyanın sözlərinə görə, Ermənistan tərəfi bu təklifə cavab gözləyir.

“Kommunikasiyaların açılması, sərhəd təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bizim əvvəllər verdiyimiz təkliflər isə qüvvədə qalır”.

Ermənistanın baş naziri iddia edib ki, Azərbaycan Ermənistan tərəfinin sülh müqaviləsi ilə bağlı yeni təkliflərinə hələ də cavab verməyib. O xatırladıb ki, tərəflər artıq üç dəfə sülh müqaviləsi ilə bağlı təkliflər mübadiləsi aparıblar.

“İş… davam edir və bu iş həmişə üzbəüz görüşlər tələb etmir. Məsələn, biz bu yaxınlarda Azərbaycan tərəfinə sərhədin delimitasiyası və demarkasiyası üzrə komissiyaların işi ilə bağlı reqlament layihəsini verdik, cavab gözləyirik”, – Paşinyan bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90