Ermənistanın baş naziri Nikol Paşinyan Göyçə gölünün kənarında inşa etdirdiyi villasını nümayiş etdirib.
Ulusal.az xəbər verir ki, Nikol Paşinyan hakim partiyanın üzvlərini öz villasında qonaq edib. Erməni mediası iddia edir ki, baş nazir Nikol Paşinyan şənbə günü, sentyabrın 7-də partiya üzvlərinə ziyafət təşkil edib. Erməni mediasının yazdığına görə bu ziyafətdə 100-dən artıq qonaq iştirak edib.