image-2000x150
image-1backend

Paşinyan geri qaytaracağı əraziləri açıqlayır: mühüm körpü də Azərbaycanın ixtiyarına keçəcək– VİDEO

image-728x90

Rövşən Məmmədovun müəllifi və aparıcısı olduğu “Həftə” analitik-informasiya proqramında Baş nazir Paşinyanın Tavuşun Kirants kəndinin problemli sayılan hissələrində delimitasiya prosesinə başlanacağı ilə bağlı verdiyi müsahibədən danışılıb.

Paşinyan ölkə İctimai televiziyasına verdiyi müsahibəsində : “Delimitasiyadan sonra bəzi evlər, həmçinin Kirants körpüsü Azərbaycanın ixtiyarına keçəcək, kənd məktəbi isə birbaşa sərhədin üzərinə düşəcək. Odur ki, delimitasiya prosesi ilə yanaşı müzakirələr və məsləhətləşmələr davam etdiriləcək”, – deyə bildirib.

Rövşən Məmmədov: “Baş nazir delimitasiyadan sonra Azərbaycanın ən yaxın döyüş mövqeləri ilə Kirants məktəbi və digər sosial obyektləri arasında maneələrin, baryerlərin olacağını vurğulayıb. Bir sözlə, rəsmi İrəvan prosesi sona qədər davam etdirmək və xırda detalları aramla xuntaçıların təxribatçı şüarlarının təsiri altında olan erməni kəndlilərinə izah etmək fikrindədir. Hay başbilənlərinin daha nə qədər irəli getmək gücündə olduğuna isə Qazaxıstanda keçirilməsi nəzərdə tutulan Ermənistan və Azərbaycanın baş diplomatlarının görüşü aydınlıq gətirəcək. Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin məlumatına görə, hər iki tərəf iştirakını təsdiqləyib və tədbirin vaxtı əlavə olaraq açıqlanacaq”, – deyə mövzunu şərh edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90