image-2000x150
image-555backend

“Paşinyan Ermənistanı qoruya bilməyəcək” – Levon Zurabyan

image-728x90

Ermənistanın baş naziri Nikol Paşinyan çıxışı zamanı rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanımasından sonra ona qarşı edilən daxili təzyiqlər və etirazlar davam edir.
“Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyır, bununla Ermənistanı qoruya biləcəyini düşünür. Lakin hakimiyyətin apardığı siyasətin heç bir zəmanəti yoxdur. O, həm özünü təkzib etdi, həm də Qarabağla bağlı “qızıl qaydanı pozdu”.

Ulusal.az  xəbər verir ki, bu sözləri Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın köməkçisi, AMK sədrinin müavini Levon Zurabyan deyib.

Zurabyanın fikrincə, Azərbaycan diplomatik sferada Ermənistandan fərqli olaraq daha effektiv rol oynayır.

“Ermənistanın siyasətinə gəldikdə, biz ikili siyasət aparmalıyıq, çünki Rusiya və Qərbdən asılıyıq. Amma bunlardan yalnız birini seçmək intihara bərabərdir”.

O bildirib ki, Azərbaycan-Türkiyə müttəfiqliyinə qarşı nə Rusiya, nə də Qərbin gücü çatacaq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90