image-2000x150
image-333backend

“Paşinyan bunu etsə öldürüləcək” – Politoloqdan şok detallar  

image-728x90

Ermənistanın baş naziri Nikol Paşinyan qorxduğu üçün özünün mühafizəsini daha da gücləndirib.

Ulusal.az xəbər verir ki, Ermənistan parlamentinin üzvü Andranik Tevanyan feysbukdakı hesabında bildirib. Mövzu ilə bağlı saytımızıa açıqlamasında politoloq Arzuman Muradlı bildirib ki, Paşinyana qarşı sui-qəsd edilməsi mümkündür.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

“Ermənistan terror dövlətidir. Onlar terrora, terroçuluğa dövlət səviyyəsində dəstək nümayiş etdirirlər. Nikol Paşinyan indiyədək Ermənistanda  hakimiyyətdə olan ən düşüncəli siyasətçidir. Çünki Paşinyan Türkiyə və Azərbaycanla dostluq, iqtisadi əlaqələr qurmaqla Ermənistanı xilas etmək istəyir. Ancaq daşnaklar və Rusiya bunu ona bağışlayacaqmı?. 27 oktyabr 1999-cu ildə Nairi Hunanyanın başçılıq etdiyi 5 silahlı şəxs tərəfindən  İrəvanda Ermənistan Milli Məclisinə silahlı hücüm zamanı  baş nazir Vazgen Sarkisyan və parlament spikeri Karen Dəmirçyan daxil olmaqla 8 nəfərin öldürüldü. İndi Paşinyan məhz bu amildən çəkinərək özünü qorumağa çalışır.Paşinyan anlayır ki, Rusiya xəyanəti bağışlamır, amma risq edir. Hesab edirəm ki, Nikol Paşinyan öldürülə bilər. Çünki Ermənistan və Azərbaycan arasında sülhü istəməyən qüvvələr Paşinyanı öldürəcək” -deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90