“Ermənistan sülh müqaviləsi imzalamaqdan yayınmasının bir neçə səbəbi var. Bu səbəblərdən ən əsası Rusiyadır”- Ulusal.az-a açıqlamasında bu fikirləri politoloq Arzuman Muradlı bildirib.
Politoloq hesab edir ki, Paşinyan Rusiyadan yeni təlimatlar almaq üçün bu ölkəyə səfər etmişdi.
“Ermənistanın baş naziri Nikol Paşinyan İrəvandakı açıqlamalarında ermənilərin Rusiyaya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına inamının qalmadığını deyərkən Kreml sahibi Vladimir Putinlə görüşdə bu fikirlərindən qaçdı. Paşinyan yenə Putinə görüşdə öz ampulasında idi. Yəni Rəsmi İrəvan sülh müqaviləsi bağlanmaqda maraqlı deyil. Əsas amilin Rusiyanın qorxusu olduğunu açıq deməliyik. Putin Ukrayna bataqlığının içərisində olmasaydı, o erməni separatizmini ayaqda tutmağa daha çox çalışardı, ancaq hazırki şərtlər altında Kreml sahibini düşündürən fərqli mövzular var. Buna baxmayaraq, Nikol Paşinyan ermənilərə göstərmək istəyir ki, o Qarabağ və Laçın yolunda sərhəd-keçid məntəqəsi mövzusunu gündəmdə saxlamağa çalışır. Ancaq ermənilər də anlayırlar ki, Paşinyan bir neçə stulda oturmağa çalışarkən, durumu Ermənistanın və separatçıların xeyrinə dəyişə bilməyəcək. Reallıq budur ki, Rusiya Qarabağda öz təsir gücünü saxlamağa maraqlıdır. Bunu nə dərəcədə bacaracaq, bunu zaman göstərəcək” -deyə Arzuman Muradlı bildirib.






















