image-rt-reklam
image-1backend

Paşinyan bəyan etdi: Azərbaycanla danışıq gedir, uğurla başa çatacaq, bütün yolları açırıq

image-728x90

Yaxın vaxtlarda Ermənistanın hüquq-mühafizə sistemində xüsusi bölmə yaradılacaq ki, onun funksiyası Ermənistan ərazisindən keçən beynəlxalq rabitə, yük, nəqliyyat vasitələri və insanların təhlükəsizliyini təmin etmək olacaq.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə keçirilən “İpək Yolu” beynəlxalq konfransı zamanı deyib.

Onun sözlərinə görə, bölmə patrul polisi ilə birgə fəaliyyət göstərəcək. Bundan əlavə, Paşinyan Ermənistanın bütün kommunikasiyaları açmağa hazır olduğunu bir daha təsdiqləyib. Onun sözlərinə görə, bu, regionda yalnız sülh və sabitliyi gücləndirəcək.

Baş nazirin sözlərinə görə, region ölkələri kommunikasiyalardan qarşılıqlılıq və bərabərlik prinsipi əsasında istifadə etməlidir.

Paşinyanın fikrincə, buna sərhəd və gömrük nəzarəti prosedurlarının müəyyən qədər sadələşdirilməsi ilə nail olmaq olar.

Ermənistan hökumətinin başçısı vurğulayıb ki, hazırda Azərbaycanla sülh müqaviləsi üzərində iş gedir və o, bu prosesin yaxın aylarda uğurla başa çatacağına ümid edir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90