image-2000x150
image-pasinyan-768x403backend

Paşinyan: Azərbaycanla sülh müqaviləsi bağlamağa razıyam, amma…

image-728x90

“Beynəlxalq ictimaiyyətdən gözləntilərim var. İstərdim ki, onlar istənilən təxribata beynəlxalq ictimaiyyətin kəskin reaksiyasının olacağını açıq şəkildə nümayiş etdirsin və sabitliyin qorunması çox vacibdir”.

Ulusal.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Vurğulayıram ki, nə Ermənistan, nə də Azərbaycan tərəfdən fərqi yoxdur, çünki indi bizim regionda müşahidəçilərimiz var və indi Aİ-nin hansı tərəfin təşəbbüskar olduğunu soruşmasına ehtiyac qalmayacaq.

İndi sizin öz məlumat mənbəyiniz var. Ümumiyyətlə, demək istərdim ki, bizim siyasi komandamız, parlament çoxluğu sülh gündəliyi ilə bağlı məsuliyyəti öz üzərinə götürüb və indi bizim sülh gündəliyi ilə bağlı mandatımız var. Biz bütün diqqətimizi bu mandatın həyata keçirilməsinə yönəltmişik. Və bizim beynəlxalq ictimaiyyətin, regionumuzun xalqlarının dəstəyinə ehtiyacımız var və biz yekun və davamlı sülhə nail olana qədər bu məsuliyyəti daşımağa hazırıq. Bu yaxınlarda parlamentimizdə və hökumətimizdə bildirdim ki, mən Azərbaycanla sülh müqaviləsi imzalamaqda qərarlıyam, lakin bu, Ermənistan üçün kapitulyasiyaya bənzər bir sənəd olmamalıdır”, – Paşinyan qeyd edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90