image-2000x150
image-1backend

Paşinyan: Azərbaycanla protokol imzalamaq böyük uğurdur

image-728x90

Ulusal.az xəbər verir ki, Ermənistanın baş nazir Nikol Paşinyan dünən Ermənistan və Azərbaycan arasında Tavuşda delimitasiya haqqında protokolun imzalanmasını böyük uğur adlandırıb.

Paşinyan hökumətin iclasında qeyd edib ki, bu, Ermənistanın suverenliyinin və təhlükəsizliyinin daha da möhkəmləndirilməsi üçün təməl daşı olub.

Müstəqillik tarixində ilk dəfə olaraq Ermənistan rəsmi delimitasiya edilmiş sərhədə malikdir ki, bu da təkcə bu hissədə deyil, həm də Ermənistan-Azərbaycan sərhədinin bütün perimetri boyunca təhlükəsizlik və sabitliyin səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq.

O, bu prosesə görə baş nazirin müavini M.Qriqoryanın rəhbərlik etdiyi Ermənistan hökumət komissiyasına və digər səlahiyyətli strukturlara təşəkkür edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90