image-rt-reklam
image-1backend

Paşinyan Azərbaycan pasportu almağa hazırdır – Səs yazısı yayılan general sirləri açdı

image-728x90
Ermənistan baş naziri Nikol Paşinyanla keçmiş müdafiə naziri, “ümumerməni cəbhəsi” hərəkatı yaradaraq, hakimiyyəti devirməyə çalışan general Arşak Karapetyan arasında qalmaqal davam edir.

Ulusal.az xəbər verir ki, Paşinyan Karapetyanı vəzifəsini icra edə bilmədiyi üçün işdən çıxardığını bildirmişdi. O, bu ittihamları qəbul etməyərək, erməni baş naziri tənqid etdi. Daha sonra Paşinyan Karapetyan vəzifədə olanda onunla yazışmasının skrinlərini paylaşıb. Yazışmadan aydı olur ki, Karapetyan sərhəddə vəziyyətin nəzarətdə olduğunu dedikdən qısa müddət sonra Azərbaycan ordusunun hərəkətə keçdiyi qeydə alınır. Paşinyan baş verənlərlə bağlı Karapetyandan açıqlama verməsini tələb etsə də, müdafiə naziri susur.

A.Karapetyan erməni mediasına müsahibəsində bir sıra məqamlara aydınlır gətirib və Paşinyanın “Azərbaycan pasportu almağa hazır olduğunu” deyib.

“2020-ci ilin 10 noyabr razılaşmasından sonra üç gün qorxudan işə gəlmədilər. Tək mən gedirdim işə və hədəfə düşməməsi üçün adını açıqlamadığım bir nəfər də. Qalanları yoxa çıxmışdı. Paşinyan heç vaxt kreslosundan əl çəkməz, səhərlər evində kofe içməyə imkan verən yeganə şey o kreslodur. Nikol hətta o kresloda qalmaq üçün Azərbaycan pasportu da almağa hazırdır”, – o deyib.

Karapetyan iddia edib ki, müharibə təhlükəsi var, hakimiyyət isə yalan danışır və heç bir hazırlıq görmür: “Mən Paşinyanı yaxşı tanıyıram, qorxaq adamdır. Seçkilər olmayacaq, onu başqa cür yola salacağıq”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90