Azmış hərbçilərin qaytarılmasına dair rəsmi Bakı ilə razılaşma var.
Ulusal.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan azan hərbçinin qaytarılmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu razılaşma 2018-ci ildə pozulmuşdu.
Nikol Paşinyan bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə sonuncu müzakirələr zamanı hərbçilərin qarşı tərəfə qaytarılması barədə razılıq əldə olunub: “Pənahovun qaytarılması ilk belə hadisə idi”.