image-2000x150
image-pasinyanbackend

Paşinyan artıq öz qorxusunu gizlədə bilmir – Ona nə olub?

image-728x90

“Ermənistanın baş naziri Nikol Paşinyan artıq öz qorxusunu gizlədə bilmir, bunu dünən parlamentin iclasına çoxlu sayda mühafizəçi və polis əməkdaşlarının müşayiəti ilə gəlməsi də sübut edir”.

Ulusal.az xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti yazır.

“Bu, ölkə tarixində ilk dəfədir ki, baş verir. Onun mühafizəçiləri fraksiyaların hər bir sırasının yuxarısında və ya aşağıda oturub deputatlara tamaşa edirdilər. Zalın bütün girişlərində Ermənistan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə yanaşı, mülki geyimli silahlı mühafizəçilər də olub. Paşinyan açıq-aydın nədənsə qorxur. Ancaq dəqiq nə olduğunu yalnız o bilir”, – qəzet qeyd edir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90