image-rt-reklam
image-1backend

“Paşinyan addım-addım bu siyasətdən uzaqlaşır” – Keçmiş nazirdən vacib AÇIQLAMA

image-728x90

Məlum olduğu kimi, Ermənistanda keşiş Baqrat Qalstanyan rəhbərliyi ilə keçirilən etiraz aksiayaları fasilələrlə davam edir. Nümayişlərin keçirildiyi bu müddət ərzində hadisələr fərqli məcraya qədəm qoyur. Belə ki, Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının sədri Papazyanın Fransanın İrəvandakı səfiri ilə görüş keçirməsi daxildə və regionda birmənalı qarşılanmayıb. Çünki Papazyan Ermənistanın Baş naziri Nikol Paşinyanı yox, Azərbaycanla sərhədin delimitasiyasına qarşı çıxan B.Qalstanyanı müdafiə edir. Bəzi siyasi şərhçilər hesab edirlər ki, Fransa artıq Paşinyandan üz döndərərək, müxalifətə dəstək vermək niyyətindədir.

Mövzu ilə bağlı Redaktor.az-a danışan keçmiş xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov bildirdi ki, münaqişənin davam etdiyi 30 il ərzində Ermənistan Rusiyanın forpostu rolunu oynayırdı. Onun sözlərinə görə, indi isə Ermənistan ictimaiyyəti seçim qarşısındadır:

“Ermənistan hansısa qüvvələri tapıb onlara forpost rolunu oynamaq və region ölkələri ilə konfrontasiya siyasətini davam etdirmək yolundadır. Görünür ki, Paşinyan addım-addım bu siyasətdən uzaqlaşır və sanki region ölkələri ilə dil tapmağa çalışır. Lakin buna qarşı çıxmaq istəyənlər çoxdur. İstisna deyil ki, indi də Fransa Ermənistanı özünün forpostuna çevirmək istəyir. Burada əsas məqsəd Türkiyəyə ikinci cəbhənin açılmasıdır. Aydın olduğu kimi Fransa-Türkiyə qarşıdurması Aralıq dənizindəki proseslərlə bağlıdır. Üstəlik bu qarşıdurma tarixi xarakter daşıyır. Bu səbəbdən onlar Türkiyəyə qarşı problemlər yaratmağa çalışırlar. Bunu Suriyadakı terrorçulara verilən dəstəklərdə də aydın şəkildə görmüş olarıq. Onlar yaxşı anlayırlar ki, Türkiyənin əsas siyasi maraqları türk dünyası sarıdan inkişaf edir. Bütün bu amilləri nəzərə alaraq Fransanın Ermənistandan istifadə etmək niyyəti anlaşılandır”.

Tofiq Zülfüqarov qeyd etdi ki, Fransa ilə Ermənistan arasında yaranan bacı-qardaş münasibəti indi fərqli istiqamətdə cərəyan edir.

“Artıq Fransada Paşinyana qarşı tənqidi fikirlər səsləndirilir. Demək olar ki, bu mənzərə gözlənilən idi və artıq indi üzə çıxmağa başlayır”, – deyə keçmiş nazir bildirdi.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90