image-rt-reklam
image-567c075d-4e8c-4962-8a45-0e917f3c6a79backend

Partiya sədri: “AYNA rəhbəri həbs edilməli, pullar hara gedir, yoxlanmalıdır”

image-728x90

“Bu qurumun fəaliyyət göstərməsi ümumiyyətlə düzgün deyil. AYNA özünə və qaynanasına xidmət edən bir qurumdur”.

Bunu Demokrat.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

O bildirib ki, orada yığılan pulların hara getdiyi hələ heç kimə məlum deyil:

“Kimin kimdən xoşu gəlirsə, onun oğluna bir vəzifə verir, qızına bir vəzifə verir. Bu düzgün deyil. Xalq arasında çox böyük narazılıq var bununla bağlı. Harada maşını saxlayırsan, deyirlər 5 manat, 10 manat. Soruşmaq lazımdır ki, bu pullar hara gedir?

Ona görə bu qurum ləğv edilməli, qurumun rəhbəri həbs edilməlidir. Yoxlanmalıdır ki, o pullar büdcəyə gedib, ya getməyib?”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90