image-rt-reklam
image-1backend

Parkinq ödənişləri hara gedib, hamısı göstərilməlidir — Partiya sədri

image-728x90
“Mən ilk gündən Bakıda parkinq yerlərinin ödənişli olmasının əleyhinə olmuşam. Mən maşınımı şəhərin hansısa küçəsində saxladığıma görə dövlət qurumuna niyə ödəniş etməliyəm? Bunun heç bir məntiqli izahı yoxdur. Küçənin ortasında parkinqdir, heç bir xidmət göstərmirsən, xüsusi tikilmiş yer deyil, saxlama xərcləri yoxdur, adi yolun qırağındakı yeri təyin etmisən ki, ödənişlidir”.

Bunu Demokrat.az-a açıqlamasında “Ağ Partiya” sədri Tural Abbaslı deyib. O bildirib ki, həmçinin parkinq qiymətləri də kifayət qədər yüksəkdir:

“70 qəpik–1 manat kifayət qədər yüksək qiymətlərdir. Elə gün olub, bir gündə AYNA-ya 10 manat ödəmişik. Mən heç gündə 10 manatlıq benzin işlətmirəm, niyə ödəməliyəm? Bu ödənişlər simvolik olmalıdır, cüzi miqdarda. O da AYNA-nın müəyyən xərcləri üçün. Daha bütün AYNA-nın saxlanılmasını sürücülərin boynuna qoya bilməzsən.

Üstəlik, hesabatlılıq yoxdur. Nə qədər maşın park edib, nə qədər ödəniş olub, bu ödənişlər hara gedib, hara xərclənib? Bunlar hamısı göstərilməlidir, hesabatlar verilməlidir”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90