image-rt-reklam
image-1backend

Parkda öpüşənlər xuliqan adı ilə cərimələnəcək – Həbs təhlükəsi də var

image-728x90

Rusiyada ictimai yerlərdə öpüşmək cərimə və ya 15 günə qədər həbslə nəticələnə bilər.

Ulusal.az xəbər verir ki, bunu vəkil Yana Bondarenko “Telegram” kanalında deyib.

O bildirib ki, öpüşmək təkcə hisslərin təzahürü kimi deyil, həm də xırda xuliqanlıq kimi qiymətləndirilə bilər.

Bondarenko qeyd edib ki, evdən kənarda öpüşmək 500-dən 1500 rubla (10 manatdan 300 manatadək) qədər cərimə ilə nəticələnə bilər. Bundan əlavə, münasibətdə sevgi hissləri daha şiddətli olarsa, 15 günü polis bölməsində keçirə bilərsiniz.

Vəkilin sözlərinə görə, ətrafdakı narazı insanlar metroda, parklarda, kinoteatrlarda öpüşmə anını lentə alıb polisə təqdim edə bilərlər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90