image-2000x150
image-1backend

Parisdə olimpiada öncəsi irqçilik qalmaqalı: Fransız xalqını başqa necə alçaltmaq olar?

image-728x90

Fransada keçiriləcək Yay Olimpiya Oyunları öncəsi bu ölkədə böyük irqçilik qalmaqalı yaşanır.

Ululsal.az xəbər verir ki, buna səbəb Mali əsilli fransız müğənni Aya Nakamuranın olimpiadanın açılış mərasimində çıxış etmək təklifi almasıdır. Bu, ölkədə böyük qalmaqala səbəb olub

“The New York Times” yazır ki, oyunların təşkilat komitəsinin bu seçimi çoxlu sayda ölkə əhaləsinin franssız təbəqəsində, o cümlədən müxalifətdə qəzəbə səbəb olub. Belə ki, ifrat sağçı partiyalardan birinin lideri olan Marin Le Pen Nakamuranı tənqid edib: “O, fransız dilində mahnı oxumur. Heç xarici dildə də oxumur. O, oxuyur, mən heç nə başa düşmürəm. Bu cəfəngiyatdır. Bu gözəl simvol deyil, hər səhər bir cür oyanan Emmanuel Makronun yeni təxribatıdır. Fransız xalqını başqa necə aşağılaya bilərsiniz?”

“Şəxsiyyətlə bağlı çaxnaşma var. Düşünürəm ki, Fransa özünü olduğu kimi görmək istəmir. “Ağ Fransa” özünü 30 il əvvəl olmadığı şəkildə təhdid altında hiss edir”, – deyə fransız yazıçısı, rejissoru və fəalı Rohaya Diallo bildirib.

Nakamura sosial şəbəkələrdə də kütləvi şəkildə hücuma məruz qalıb. Iakin o, bu məsələ ilə bağlı mətbuat önünə çıxmaq istəmir. Ancaq qısa bir şərhlə kifayətlənib: “Siz irqçi ola bilərsiniz, amma kar deyilsiniz”.

Müğənni mahnılarında fransız sözlərini ərəb, ingilis və qərbi Afrika ölkələrinin, o cümlədən doğma Mali dili ilə uyğunlaşdırmaqla Fransada məşhurlaşıb.

Nakamura hazırda Fransada ən populyar müğənnidir. O, Fransada 25 ən yaxşı sinqldan 10-a və sosial mediada 20 milyondan çox izləyiciyə sahibdir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90