Paris Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçirilməmiş yarışlar ilə bağlı narazılıq artmaqda davam edir.
Ulusal.az xəbər verir ki, idmançılar Parisdə Olimpiya kəndinin əsas restoranında qida çatışmazlığından şikayətləniblər. Bu barədə “L’Equipe” məlumat yayıb.
Bildirilib ki, idmançıların çoxluğu və əsas yarışların başlamaması səbəbindən Olimpiya kəndinin əsas restoranında təklif olunan yeməklərin miqdarı qeyri-kafi hesab edilib. Hətta bəzi məhsullar rasionlaşdırılmayıb.
Qeyd edək ki, Paris-2024 iyulun 26-dan avqustun 11-dək keçiriləcək.