image-2000x150
image-62460224-232d-468a-89fd-20b505d36078backend

Pakistanda nəşr edilən kitabın tərtibatı Azərbaycanlı dizaynerə həvalə olundu

image-728x90

Martın 9-da Azərbaycan Dillər Universitetində Pakistan Səfirliyinin təşkilatçılığı ilə “Pakistan-Azərbaycan əlaqələri, şəkilli səyahət” adlı kitabının təqdimat mərasimi təşkil keçirilib. Kitabda iki ölkə arasında dərin köklü və çoxşaxəli münasibətlərin təcəssümü əsrarəngiz fotolarda öz əksini tapıb.

Tədbirdə qonaqları salamlayan Azərbaycan Dillər Universitetinin  rektoru, akademik  Kamal Abdulla Pakistan və Azərbaycan arasında tarixi və mədəni əlaqələr haqqında fikirlərini bölüşüb. Səfir Bilal Hayi  kitabın konsepsiyasının çox önəmli olduğunu dilə gətirib. Səfir bildirib ki,  bu kitab  Pakistanın Azərbaycanla əlaqələrinin son 30 ildə inkişafından bəhs edir. Səfir Azərbaycanın müstəqilliyinin ilk illərində dostluğun təməlinin qoyulmasında hər iki ölkə rəhbərliyinin rolunu  xüsusi qeyd edib.

Kitabın  dizayner-tərtibatçısı Leyla Babazadə  çıxış edərək Pakistan- Azərbaycan əlaqələrini tarixindən söz açıb. Tərtibatçı bildirib ki, Pakistan – Azərbaycan əlaqələrinin tarixi kökləri var.

image-224dbc8b-44bb-4a1f-ba4e-8f55ec768a85

” Pakistan – Azərbaycan əlaqələrinin tarixi kökləri məni bu kitabın dizayn, tərtibat işini daha məsuliyyətlə yerinə yetirməyə sövq etdi. ” -deyə Leyla Bababzadə bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90