image-rt-reklam
image-3backend

Pakistan universitetində Xocalıya dair fotosərgi təşkil olunub -FOTOLAR

image-728x90

Azərbaycanın Pakistandakı səfirliyi Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar bu ölkənin nüfuzlu ali təhsil ocaqlarından olan Müasir Dillər Milli Universitetində (NUML) fotosərgi təşkil edib. İki gün davam edən sərgidə Xocalıda mülki Azərbaycan əhalisinə qarşı törədilmiş cinayətlər və soyqırımının qurbanları əks olunan fotoşəkillər, çap materialları nümayiş etdirilib. Universitetin müəllim və tələbə heyəti, bu ölkənin beyin mərkəzlərinin nümayəndələri fotosərgi ilə tanış olublar. Onlara erməni silahlı birləşmələrinin Xocalıda xüsusi amansızlıqla törətdiyi cinayətlər, Azərbaycanın Xocalı soyqrımının beynəlxalq aləmdə tanıdılması istiqamətində gördüyü işlər, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası barədə məlumat verilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90