image-rt-reklam
image-1backend

“Pakistan, İslam dünyasında nüvə silahına malik yeganə dövlətdir” -Millət vəkili

image-728x90

“Pakistan, Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. Bununla yanaşı, torpaqlarımızın işğalından dolayı Ermənistanı dövlət olaraq tanımır və bu ölkə ilə münasibətlər qurmur. Xüsusilə qeyd etmək yerinə düşər ki, Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini sübut edən əsas hüquqi sənəd, BMT TŞ-nın 822 saylı qətnaməsi, Pakistanın sədrliyi ilə qəbul olunmuşdur. Xalqımız, 44 günlük müharibə zamanı, bəzi bədxah güclərin neytrallaşdırımasında, Pakistanın siyasi, mənəvi dəstəyini heç zaman unutmayacaqdır. Təsadüfi deyil ki, müharibədən sonra, Bakının küçələrində üçrəngli bayrağımızla bərabər qardaş Türkiyənin və Pakistanın bayraqları əllərdə gəzirdi”.

Bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev Azərbaycan Prezidentinin Pakistana dövlət səfərini şərh edərkən səsləndirib. Millət vəkili deyib ki, Prezident İlham Əliyevin təyyarəsinin Pakistan sərhədlərini keçdiyi andan, hərbi qırıcılarla müşaiyyət olunması və xüsusi təmtəraqla qarşılanması simvolik məna kəsb edirdi:

“Adətən bu tipli jestlər, müharibələrdə qalib gəlmiş sərkərdələrə göstərilir”.

Deputat qeyd edib ki, Pakistan, İslam dünyasında nüvə silahına malik yeganə dövlətdir:

“Təkcə, bu faktın özü, yeni dünya nizamının formalaşmasında aktiv şəkildə iştirak edən və mövcud qlobal çağırışlara uyğun təhlükəsizlik sistemini quran ölkəmiz üçün son dərəcə əhəmiyyətlidir. Pakistanla hərbi-siyasi, müdafiə sənayesi sahəsində sıx əməkdaşlığımız mövcuddur. Prezident İlham Əliyevin səfəri çərçivəsində qarşılıqlı investisiya, konsulluq münasibətləri, mineral ehtiyatlar və geologiya, güzəştli ticarət, nəqliyyat-logistika, bazarlara çıxış, infrastruktura, turizm, teleyayım, İKT-ı, tranzit ticarət, birbaşa hava əlaqəsi, texnologiya, elmi, mədəni irsin qorunması, dövlət əmlakının özəlləşdirilməsi, kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı imzalanmış sənədlər, əməkdaşığımıza yeni impuls verdi”.

Nəsib Məhəməliyev, “Pakistan, əhali və ərazi baxımdan, dünyanın böyük dövlətlərindəndir. Müvafiq olaraq, Azərbaycanın ixrac malları üçün böyük bazara malikdir. Əldə olunan razılaşmalar, müsbət perspektivlər vəd edir və xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır”, -deyə bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90