image-2000x150
image-5backend

Özəl sektor da öz dəstəyini əsirgəmir

image-728x90

Azərbaycanın Türkiyəyə qardaşlıq yardımları davam edir.Qardaş Türkiyədə meydana gələn zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı Azərbaycan dövləti xalqolaraq Qardaş Türkiyənin yanındayıq. Hadisədən dərhal sonra fevralın 6-sı cənab Prezident İlham Əliyev Türkiyə Prezidenti cənab Ərdoğana başsağlığı ünvanladılarq. Ölkənin birinci xanımı Mehriban xanım Əliyeva Türkiyədə baş vermiş zəlzələ ilə bağlı öz səhifəsində paylaşım etdi. Ölkə Prezidenti zəlzələnin ilk saatlarında Prezident Ərdoğana zəng edərək bu hadisənin bizi çox sarsıtdığını, Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu bildirdi. Ötən gün ölkə Prezidenti Türkiyənin Azərbaycandakı Səfirliyinə gəldi, baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həyatını itirməsi ilə bağlı başsağlığı verdi.

Azərbaycan bütün məsələlərdə olduğu kimi, zəlzələdən sonra da ilk dəqiqə, ilk saatlarda qardaş Türkiyənın yanında oldu.Davamlı olaraq həkimlər, könüllülər, xilasedicilər göndərilir və göndəriləcəkdir. Qeyri Hökümət Təşkilatları, Heydər Əliyev Fondu bu təşəbbüsə öncülük etməkdədir. Fond bütün imkanlarını səfərbər edib, Fondun bütün əməkdaşları yardım kampaniyasında işçi olaraq iştirak edir. Özəl sektor da öz dəstəyini əsirgəmir. Özəl şirkətlər də fəaliyyətə keçiblər, maddi yardım, texniki yardım göstərilir. Azərbaycanın ən böyük şirkəti olan SOCAR ilk dəqiqələrdən öz dəstəyini göstərdi. Bütün dövlət qurumları öz əməkdaşları ilə birlikdə qardaş Türk xalqının yanında oldu.

Universitetlər, tələbələr, müəllimlər, bütün təhsil ocaqları yardım kompaniyasına qoşuldular. Azərbaycan Qızıl Aypara Cəmiyyəti zəlzələnin ilk dəqiqələrindən etibarən “Sizinləyik, Türkiyə” şüarı ilə yardım kampaniyası başlatdı.

Bütün yardım fəaliyyətləri tək mərkəzdən idarə olunaraq daha mütəşəkkil şəkildə Türkiyəyə çatdırılmasına xidmət etməkdədir. Bakıda, digər şəhərlərdə, Naxçıvanda, bütün bölgələrimizdə yardım aksiyaları keçirilməkdədir. Böyük könüllülər qrupu artıq Türkiyədədir.

Zəlzələnin ilk dəqiqələrindən etibarən Azərbaycandan gedən yardımların ardı arası kəsilmir. 6-8 fevral tarixlərində Azərbaycandan Türkiyəyə 7 təyyarə göndərildi. Birinci təyyarə Fövqəladə Hallar Nazirliyinin 168 nəfərlik şəxsi heyətiylə 6 fevral, saat 13.25-də yola çıxdı. İkinci təyyarə fevralın 6-sı saat 17:25-də yola düşdü. Həmin təyyarəylə Fövqəladə Hallar Nazirliyinin 233 nəfərlik şəxsi heyəti və lazımi xilasedici avadanlıqlar göndərildi. Üçüncü təyyarə də elə həmin gün saat 20:50 – də yola düşdü və bu dəfə 21 nəfərlik xilasetmə qrupu Türkiyəyə çatdı. Dördüncü təyyarə fevralın 7-də saat 09:40- da yola düşdü, bu dəfə 41 nəfərlik tibbi heyət və 4 konteyner göndərildi. Beşinci təyyarə fevralın 7-si saat 14:00-də yola düşdü, Həmin təyyarə ilə səhra xəstəxanası üçün 3 konteyner və Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin təminatı üçün yüklər daşındı. Altıncı təyyarə fevralın 8-i gecə saat 1-də, yeddinci təyyarə fevralın 8-i səhər 09:46-da yola düşdü. Həmin təyyarə ilə Fövqəladə Hallar Nazirliyinin 229 nəfərlik şəxsi heyəti, xilasedici ləvazimatlar və heyət üçün təminat vasitələri göndərildi Fevralın 8-də gecə saat 1- də 14 yük maşınından ibarət karvanla 29 nəfərlik şəxsi heyət və 4 səhra mətbəxi, eyni zamanda humanitar yardımlar Türkiyəyə göndərildi. Ümumilikdə faciənin baş verdiyi saatdan 8 fevral tarixi saat 1- ə qədər Fövqəladə Hallar Nazirliyinin 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib, onların 34 nəfəri həkim, 7 nəfəri isə texniki personaldır.

Ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın birbaşa tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən qardaş Türkiyəyə humanitar yardım aparan təyyarə 9 fevral tarixində Qaziantep hava limanına yola düşdü. Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi tərəfindən qardaş ölkəyə humanitar yardım kompaniyaları başladıldı. 9 fevral tarixində Naxçıvandan 12 tır yardım göndərildi. Bu faciəvi zəlzələ nəticəsində zərər görənlərə yardım məqsədilə Azərbaycandakı bütün qeyri hökümət təşkilatları Qardaş Köməyi adlı platforma təşkil etdilər. Bu Platforma vasitəsilə yardım etmək istəyən bütün vətəndaşlar Türkiyəyə müxtəlif ləvazimatlar göndərməkdədirlər. Prezident İlham Əliyevin tapşırığı ilə Türkiyəyə göndərilmiş Azərbaycan Ordusunun hərbi tibb personalı 8 fevral tarixindən etibarən Kahramanmaraşda fəaliyyət göstərməkdədirlər. Ümumi cərrah, terapevt, qulaq, burun, boğaz xəstəlikləri mütəxəssisi, göz xəstəlikləri mütəxəssisi, neyrocərrahlar, anestezioloqlar, plastik cərrahlardan ibarət 20 nəfərlik hərbi tibb personalı hal hazırda zəlzələ bölgəsindədir.

Türkiyə dövlətinin zəlzələnin nəticələrinin aradan qaldırılması üçün həyata keçirdiyi çevik, ardıcıl addımlar bir daha göstərdi ki, insan amili Türkiyə hökuməti üçün ən əsas mövzudur. Əminik ki, Türkiyə bu acı sınaqdan da şərəflə çıxacaq. İnanılmaz dərəcədə böyük faciədir. Hər qurtarılan can sanki bizə dünyanı yenidən bəxş edir. Bir daha əminliyimizi ifadə edərək söyləmək istəyirik ki, Türkiyə dövlət və xalq olaraq bu çətinliyin öhdəsindən gələcək və hər zamankı həyatına qaldığı yerdən davam edəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib.

 

Zərinə Hümbətova—Azərbaycan Dövlət Pedaqoji Universiteti/ YAP üzvü

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90