Özbəkistan məktəbliləri Azərbaycana səfərə gəlib. Ulusal.az xəbər verir ki, Heydər Əliyev adına Hava limanında Özbəkistanın Əl Buruni intelektual məktəbinin numayəndələrini Bakı şəhər 53 nömrəli tam orta məktəbin direktoru Tünzalə Zeynalova və məktəbin bir qrup müəllim, şagird heyəti qarşılayıb. Qarşılanma mərasimində Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirliyinin nümayəndələri də iştirak edib. Qeyd edək ki, Özbəkistan nümayəndə heyəti ilk növbədə SAF 2023 iştirak edəcəklər və sonra müəyyən edilmiş proqram çərçivəsində məktəb ilə fəaliyyətləri davam etdirəcəklər. Qeyd edək ki, Bakı şəhər 53 nömrəli məktəb bu ilin mart aylarında Özbəkistanda səfərdə olmuşdular.