image-2000x150
image-hikmet-eren-45-2backend

Özbəkistanda islahatlar davam edəcək

image-728x90

Özbəkistanda konstitusiyaya dəyişiklik məqsədilə keçirilən referendumda müşahidəçi qismində iştirak edən Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin (EkoAvrasiya) İdarə Heyətinin sədri Hikmət Eren deyib ki, 16 milyon 673 min 189 seçicinin səs verdiyinə və 90,2 faizlə qəbul edilən konstitusiya dəyişikliyi ölkəni gücləndirəcək və dah da inkişaf etdirəcək. Hikmət Eren Türkiyənin də bütün bu hadisələri yaxından izlədiyini bildirib.

Ulusal.az xəbər verir ki, Hikmət Eren Özbəkistanın gələcəyi ilə sıx bağlı olan referendumun nəticələrinin qardaş Özbəkistan xalqı üçün faydalı olmasını arzulayaraq deyib:

“Özbəkistan Prezidenti Şevkət Mirziyoyev 2016-cı ildə vəzifəyə gəldikdən sonra “Yeni Özbəkistan” adı ilə başladığı islahat hərəkatının davamı olan yeni konstitusiyanın hazırlanması prosesində xalqın iştirakı, layihənin son olaraq ictimaiyyətə təqdim edilməsi yeni, demokratik və azad bir Özbəkistanın meydana gəlməsinə vəsilə olacaq’.
Sosial dövlət anlayışını inkişaf etdirən konstitusiya tənzimləməsini müsbət qarşılayan Hikmət Eren, insan hüquq və azadlıqları sahəsində mühüm dəyişikliklərin edildiyinə və bu vəziyyətin Özbəkistanın inkişaf strategiyalarına böyük təsir edəcəyinə də diqqət çəkib.

Özbəkistanın keçdiyi dəyişiklik prosesinin ölkənin Orta Asiya ölkələri ilə əlaqələrinə müsbət töhfə verəcəyini qeyd edən Eren sözlərinə belə davam edib: “Bu, Mərkəzi Asiyanı dünya siyasətində yeni bir güc mərkəzi kimi ön plana çıxarır. Region ölkələri islahatlarla dövrün zərurətlərinə hazırlaşdıqca, region dövlətləri ilə əlaqələri gücləndirdikcə və inkişaf yönümlü layihələrdə tərəfdaşlıq əlaqələri inkişaf etdirdikcə, Mərkəzi Asiyanın uzunmüddətli maraqlarına cavab verən güc mərkəzi kimi mövqeyi bütün beynəlxalq aləmdə güclənəcəkdir. Türkiyə də qürur və rahatlıq hissi ilə tərəfdaşlıq etdiyi Özbəkistanın güclənməsini və inkişafını yaxından izləyir və qeyd-şərtsiz dəstəkləyir”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90