image-rt-reklam
image-1backend

Özbəkistan Prezidenti: Azərbaycan bizim qardaşımız, strateji tərəfdaşımız və etibarlı müttəfiqimizdir

image-728x90

2025-ci il iyulun 2-dən 4-dək Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri baş tutdu. Bu səfər qarşılıqlı hörmət, dostluq və qardaşlıq mühiti şəraitində keçdi və iki ölkə arasında yüksək səviyyəli dialoqun davamı oldu.
Prezident İlham Əliyevlə aparılan danışıqlarda Prezident Şavkat Mirziyoyev Azərbaycanla hərtərəfli əməkdaşlığın inkişafını ölkəsi üçün prioritet istiqamət kimi vurğuladı. O qeyd etdi ki, ölkələrimiz arasındakı münasibətlər artıq ənənəvi qonşuluq çərçivəsindən çıxaraq tammiqyaslı müttəfiqlik formatına keçib.
Yüksək Dövlətlərarası Şuranın yaradılması, Müttəfiqlik Əlaqələri haqqında Müqavilənin imzalanması və müntəzəm qarşılıqlı səfərlər siyasi dialoqun güclənməsinə və birgə təşəbbüslərin reallaşdırılmasına möhkəm zəmin yaradır.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq xüsusi diqqət mərkəzində oldu. Prezident Mirziyoyev bildirdi ki, Azərbaycan Özbəkistan üçün beynəlxalq dəniz yollarına çıxış baxımından əsas tərəfdaşdır. Transxəzər dəhlizi vasitəsilə əməkdaşlıq sürətlə inkişaf edir, birgə logistik mərkəzlər yaradılır, dəmir yolu marşrutları təkmilləşdirilir və liman infrastrukturu inkişaf etdirilir.
Energetika da strateji əməkdaşlıq sahələrindən biridir. Özbəkistan, Azərbaycan və Qazaxıstanın iştirakı ilə Avropaya “yaşıl enerji dəhlizi” layihəsinin reallaşdırılması regionun enerji təhlükəsizliyinə və təmiz enerji ixracına böyük imkanlar açacaq.
Mədəni-humanitar əməkdaşlıq da gündəlikdə xüsusi yer tutur. Prezident Mirziyoyev mədəniyyət mübadiləsinin davam etdirilməsi, təhsil və elmi layihələrin inkişafı, xalqlar arasında qarşılıqlı anlayışın möhkəmləndirilməsi üçün birgə tədbirlərin əhəmiyyətini vurğuladı.
Özbəkistan Prezidenti qürurla qeyd etdi ki, 2023-cü ildə Qarabağın Füzuli şəhərində Özbəkistan tərəfindən müasir məktəb inşa olunub. Bu, xalqlarımız arasında qardaşlığın və həmrəyliyin parlaq simvoludur.
Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin adından biz bu səfərin nəticələrini yüksək qiymətləndirir və əldə olunan razılaşmaların strateji tərəfdaşlığımızın möhkəmləndirilməsinə, regionda sülh və sabitliyin inkişafına xidmət edəcəyinə əminik.
Mərkəzimiz xalqlarımız arasında dostluğun fəal körpüsü kimi mədəni və humanitar əlaqələrin dərinləşməsi, gənclər təşəbbüslərinin dəstəklənməsi və zəngin mədəni irsin təbliği üçün səylərini davam etdirəcək.

image-2

Gülnarə Mehrəliyeva
Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin İdarə Heyətinin
icracı rəhbəri

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90