image-rt-reklam
image-1backend

Özbəkistan necə olimpiadanın ulduzu oldu? – Aqil Ələsgər yazır

image-728x90

Olimpiadanın parlayan ulduzu Özbəkistan təkcə Orta Asiyanın deyil, ümumilikdə regionun ən sürətlə inkişaf edən dövlətlərindən biridir.

May ayında Daşkənddə olarkən gözümün gördüyü və öyrəndiklərim əsasında deyə bilərəm ki, bir Türk dövlətinin 8 qızıl, 2 gümüş, 3 bürünc medalla bir çox nəhəng ölkəni arxada qoyub, 13-cü sırada yer tutması təsadüf əsəri deyil.

Qardaş ölkə bütün sahələrdə inkişaf edir. Kənd təsərrüfatından texnologiya sahəsinə qədər. Həm də plan və proqramla…

Nə isə mövzumuz bu deyil. Qayıdaq günün mövzusuna.

Özbəkistan medalçılarının tərcümeyi-hallarına bir-bir baxdım. Çeçen əsilli Razambek Camalov xaricində bütün medalçılar özbəkistanlıdır və ən başlıcası hamısı Daşkənddən belə deyil.

Abdumalik Xalokov buxaralı, Diyora Keldiyorova pastdargamlı, Bahadır Celalov sariasiyalı, Lazizbek Mullojonovla Asadxuca Muydinkhujaev fərqanəli, Hasanboy Dusmatov əndicanlı, Muzafferbek Turaboev surxandarlı, Əlişer Yusupov xarəzmlidir. Medalçıların cəmi dördü daşkəndlidir: Ekber Curayev, Gulomjon Abdullaev, Uluqbek Raşitov və Svetlana Osipova.

Bu da paytaxt ilə yanaşı, əyalətlərdə də idmanın inkişaf etdiyini göstərir.

Mən idman mütəxəssisi olmasam da, görünən dağın da bələdçiyə ehtiyacı yoxdur.

Azərbaycanın müxtəlif idman federasiyaları legioner biznesini kənara qoyub, öz idmançısına dəyər verəndə, onun inkişafı üçün uşaqlıq yaşlarından şərait yaradanda milli idmançılar yetişdirmək olur. Özbəkistan bu məsələdə nəinki bizə, dünyaya ən gözəl nümunələrdən birini göstərdi.

Sübut etdi ki, əgər öz Qubanda Lazizbek Mullojonov yetişdirməsən, kubalı Loren Berto Alfonso Domínguezlərə möhtac qalarsan ki, o da bu ölkə üçün qazandığı medalı ilk andan minnət kimi gözümüzə dürtər. Alfonso qaqaş, sənin aldığını kim alsa, ölkəni şəhər-şəhər deyil, kəndbəkənd sevər. “Kran”dan “su” kəsiləndən sonra sevəcəksənmi, o müəmmadır, deyəcəyəm, demirəm.

Məsələ əslində bu qədər bəsitdir…
Qələbələrimizə, Azərbaycan adına yazılan hər uğura sevinsək də, açığı göyçaylı Hidayətlə goranboylu Həsrətin qələbəsinə bir ayrı sevindik.

Bir daha təbriklər, can Özbəkistan!
Uğurların bol olsun, qardaşlar!
Tabriklaymiz, jonajon O‘zbekiston!
Omad tilaymiz, birodarlar!

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90