image-rt-reklam
image-img-20250606-wa0136backend

Özbəkistan futbolunda tarixi uğur: Dünya çempionatına ilk vəsiqə!

image-728x90

Özbəkistan milli futbol komandası tarixində ilk dəfə olaraq dünya çempionatına vəsiqə qazanaraq ölkə idmanında yeni bir səhifə açdı. Bu möhtəşəm nailiyyət münasibətilə Özbəkistan Respublikası Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Mobil Məmmədovun adından səmimi təbrik mesajı yayılıb.
5 iyun 2025-ci ildə Əbu-Dabidə BƏƏ yığması ilə qolsuz heç-heçə edən Özbəkistan yığması, Asiya zonası üzrə seçmə mərhələnin A qrupunda ikinci yeri tutaraq ABŞ, Kanada və Meksikada keçiriləcək 2026 FIFA Dünya Çempionatının final mərhələsinə birbaşa vəsiqə əldə etdi.
Mobil Məmmədov bildirib:Bu uğur Özbəkistanda illərdir aparılan məqsədyönlü idman siyasətinin və gənc istedadların inkişafına göstərilən diqqətin bəhrəsidir. Xüsusilə gənc oyunçular – müdafiəçi Abduqodir Husanov və hücumçu Abbosbek Fayzullayev – bu yolda parlaq çıxışları ilə ölkəni layiqincə təmsil etdilər.”

Məmmədov qeyd edib ki, Özbəkistanın dünya futbol arenasında yer alması yalnız idman uğuru deyil, eyni zamanda ölkənin beynəlxalq nüfuzuna, gənclərin ruhlandırılmasına və milli birliyə də töhfə verir.

«Ümidvarıq ki, bu tarixi zəfər Özbəkistan futbolunun yüksəlişində yeni mərhələnin başlanğıcı olacaq. Milli komandaya uğurlar, parlaq oyunlar və yeni qələbələr arzulayırıq!» – deyə, o vurğulayıb.

Bu hadisə həm də Azərbaycan diasporunun fəal olduğu Özbəkistanda xalqlar arasında dostluğun və həmrəyliyin gücləndirilməsi baxımından da əlamətdar bir addımdır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90