Dünya yeni düzənə qədəm qoyub. Son illər dünyada turizmin inkişafı sürətlə yüksəlir. Bunun da əsaslı səbəbləri var. Dünya koronavirus pandemiyasının sona çatması ilə turizm məkanlarına axın etdi. Turizmin inkişaf mərhələsində ən çox turistlərin daha rahat istirahət edəcəyi, gəzə biləcəyi ölkələr daha çox irəlləyiş əldə etdi. Burada tarixi məkanlar, günəç və dənizin olması xüsusi üstünlük təşkil edir. Qardaş Türkiyəni bu baxımdan cənnət adlandırmaq olar. Hazırda inkişaf etməkdə olan turizm növləri içərisində mədəni turizm, o cümlədən tarixi, arxeoloji turizm geniş yayılıb. Türkiyənin müxtəlif bölgələrinə səyahət edən turistlər də ilk növbədə bölgənin tarixi abidələri ilə tanış olurlar.
Türkiyənin , demək olar ki, bütün bölgələrində min illərlə tarixi olan abidələr mövcuddur. Məhz bu amilə görə Türkiyəyə turistlər axın edir. Rəsmi statistikaya görə Türkiyəyə 2023-cü ilin ilk 7 ayında 30 milyon 93 min 446 turist səfər edib. Türkiyəyə gələn turistlərin 26 milyon 766 min 240-ı əcnəbi, 3 milyon 327 min 206-sı isə xaricdə yaşayan Türkiyə vətəndaşları olub.
Yanvar-iyul ayları arasında Türkiyəyə gələn əcnəbilərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 16,22 faiz artb.
Türkiyəyə gələn turistlərin əksəriyəti Rusiya vətəndaşı olub. Məlumata əsasən, bu il Rusiyadan Türkiyəyə gələn turistlərin sayı 3 milyon 498 min 614 nəfərə çatıb.
Eyni dövrdə Almaniyadan 3 milyon 211 min 724, Böyük Briyaniyadan 2 milyon 63 min 740 turist gəlib.
Qeyd edək ki, Bolqarıstan və İrandan gələn turistlərin sayında artım müşahidə olunub. Bu yazımızda Türkiyəyəyə axın edən turistlərin ən sevdiyi bölgələrdən biri Trabzon haqqında sizə məlumat verəcəyik.
Trabzon Türkiyənin əhalisinin sayına görə iyirmi yeddinci şəhəridir. Qara dəniz bölgəsinin Şərqi Qara dəniz bölgəsində yerləşən vilayətin Qara dənizə sahili var. Qara dəniz sahili ilə Şərqi Qara dəniz dağları arasında yerləşir və səth sahəsinə görə kiçik bir ərazini tutur. Qərbdən Giresunun Eynəsil rayonu, cənubdan Gümüşhanenin Torul rayonu və Bayburt, şərqdən Rizənin İkizdərə və Kalkandere rayonları ilə əhatə olunub.
Rəsmi statistikaya görə Trabzonun 428 min əhalisi var.
Trabzon Qara dəniz bölgəsinin Samsundan sonra ikinci ən böyük şəhəridir. 12 Noyabr 2012-ci ildə qəbul edilən böyük şəhər qanun layihəsi ilə Trabzon böyük şəhər bələdiyyəsi oldu və Ortahisar mahalı mərkəz mahal çıxarılaraq quruldu. İki vilayətlə birlikdə Trabzon “şahzadələr şəhəri” kimi tanınır. Övliya Çələbi Trabzonla bağlı bunları deyib: “Bu şəhərə kiçik İstanbul deyirlərsə, bir yerdir. Cənnət bağları kimi bəzədilmiş bir şəhərdir”.
Activision tərəfindən dünyaca məşhur döyüş oyunu Call of Duty seriyasının Soyuq Müharibə dövründən bəhs edən Call of Duty: Black ops Cold War filminin bəzi səhnələri Trabzonda çəkilib.
Trabzon Türkiyənin ən qədim ərazilərindən biridir. Çoxsaylı tarixi abidələrin olması səbəbindən hər il milyonlarla turist bu şəhərə axın edir. Yolunuzu Trabzona düşsə gəzə biləcəyiniz ən gözəl məkanları təqdim edirik.
1. Sümela Monastırı
Trabzona yolunuzu düşsə mütləq Sümela Manastırını ziyarət edin. Eradan əvvəl 365 və 395-ci illər arasında inşa edilən bu dini kompleks, Maçkada Altındere Vadisi sərhədlərində yerləşir. 14-cü əsrdə kilsə hissəsində fresklər, türkmən basqına qarşı hərbi məqsədlər üçün istifadə edilən nadir görünüşü olan monastırın hissələridir.
2. Ayasofya Muzeyi
Türkiyənin eləcə də dünyanın ən gözəl sənət əsərlərindən biri olan Ayasofya Muzeyi 1250 və 1260-cı illər arasında inşa edilib. Şəhərin Latins tərəfindən işğal edilməsindən sonra Trabzon imperiyasını təsis edən Komnesos ailəsinin King Manuel I tərəfindən tikilib. Trabzonun Osmanlılar dövründə bu abidə əsaslı təmir edilib.Bizans arxitekturasının unikal xüsusiyyətlərinə malik olan bina 1964-cü ildə muzeyə çevrildi və içəridə olan möhtəşəm əsərlər turislərin ixtiyarına verildi.
3. Trabzon qalası
Trabzonda öz gözəlliyi ilə turistlərin diqqətini cəlb edən Trabzon Qalası Fatih Sultan Mehmet tərəfindən inşa edilib. Əslində qala müdafiə məqsədli inşa edilmişdi. Bundan əlavə qalanın olduğu ərazidə Bizans dövrünə aid olan şəhərin tarixi qalıqlarından toplanan daşlardan ibarət olan Üç, Orta, Aşağı Hisar var.
4. Yaylalar
Yazımızın əvvəlində də qeyd etdiyimiz kimi Trabzon, təbii gözəllikləri və tarixi abidələri ilə zəngin bir şəhərdir. Trabzonda təbiətlə, tarixi abidələr harmoniya təşkil edir. Bu ərazilərdə təbiətlə tarix Macka və Tonya rayonlarında cəmləşir.
5. Uzungöl
Bütün dünyadan Türkiyəyə axın edən turistlərin görmək istədiyi ən gözəl məkanlardan biri Uzungöldür. Öz ecazkar görünüşü ilə turistləri valeh edən bu təbiət möcüzəsinin hər il yüzminlərlə turist ziyarət edir.
6. Boztəpə
Qonaqlarına Qara dənizin və şəhərin nadir görünüşünü izləmək imkanı verən Boztəpə, şəhər mərkəzindən təxminən 3 kilometr uzaqlıqda yerləşir. Daşınma çox rahat olan yaşayış yerindəki çay bağçasında olduğunuzda, bütün şəhərin hava limanından Çarşıbaşı hissəsinə baxa bilərsiniz.
7. Vazelon Manastırı
Maçkaya 8 km məsafədə olan Vazelon Manastırı, Kiremitli kəndinin meşələri arasında yerləşir. Tarixi qaynaqlara görə bu manastır təqribən 47 ilə, 270-317 illər arasında inşa edilib.
8. Atatürk Köşkü
Trabzonun ən gözəl yerində yerləşən Atatürk Köşkünün binasını mütləq ziyarət edin. Bu köşk 1890-cı ildə Kostantin Kabayanidis tərəfindən inşa edilib. 1923-cü ildə əmlakı dövlət himayəsinə keçdikdən sonra, pavilyon Mustafa Kamal Atatürkün Trabzona səfəri qonaq evi kimi istifadə edilib. Ölümündən sonra, 1943-cü ildə muzeyə çevrilən evdə Atatürk tərəfindən istifadə edilən əşyalar nümayiş edilir.
9. Peristera Manastırı (Kuştul Manastırı)
Türkiyənin ən qədim tarixi abidələrindən biri olan Kuştul Manastırı 752-ci ildə inşa edilib. 1203-cü ildə boş qalsa da, 1393-cü ildə yenidən istifadəyə verilmiş olan monastır zəlzələrə və hücumlar nəticəsində dağılır. Lakin bir qismi indiki dövrə qədər qalıb.
10. Çal Mağarası
Trabzonda gəziləcək yerlər siyahısında təbii gözəllik nümünəsi olan Düzköy Məhəlləsi daxilində Çal Mağarasıdır. 2003-cü ildə açılmış olan mağarda yeraltı çay da var. Dünyadakı ikinci ən uzun mağaranın geoloji quruluşu ətrafında yemək və istirahət edə biləcəyiniz bir çox restoran var.
Trabzon tarixi abidələrin zənginliyinə görə Türkiyənin ən gözəl şəhərlərindən biridir. Yolunuz bu cənnətməkana düşsə mütləq tarixi abidələri ziyarət edin.
Qoşqar Salmanlı