Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli işçi qrupunun yeni iclası yaxın vaxtlarda baş tutacaq. Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.
Onun sözlərinə görə, bu gün ilkin razılıq əldə olunub. “Razılıq əldə olundu ki, iclas çox yaxın günlərdə baş tutacaq. Müzakirə olunacaq məsələlər Ermənistan və Azərbaycan arasında sərhəddin keçməsinin texniki detallarına aiddir. Məsələ ondadır ki, bu sərhəddə beynəlxalq sərhədlərdə mövcud olan pasport, gömrük və bütün növ nəzarətlər olacaq”.
O qeyd edib ki, tərəflər Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəmir yolu əlaqəsinin bərpasına çox yaxındırlar.




















