image-rt-reklam
image-1backend

“Otuz ildə AŞPA kimi bir təşkilatın səsini eşitmədik” – Fikrət Yusifov

image-728x90

“Azərbaycan müstəqilliyinin ilk illərindən beynəlxalq riyakarlıqla üz-üzədir. Bu sırada Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı son addımları təəccüb doğurmamalıdı. Biz torpaqlarımızın işğal altında qaldığı, o torpaqlarda bütün yaşayış məntəqələrimizin yerlə yeksan edildiyi, yüz minlərlə insanın öz ata-baba yurdlarından didərgin düşdüyü, mədəni irsimizə aid abidələrin və dini abidələrimizin darmadağın edildiyi otuz ildə AŞPA kimi bir təşkilatın səsini eşitmədik.” -bu fikirləri Ulusal.az-a açıqlamasında İqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirib.

Professor bildirib ki, bu təşkilat işğal dövründə bir dəfə də olsun Ermənistana gözün üstündə qaşın var demədi.

“İndi AŞPA bizi nələrdəsə ittiham etməyə qalxıb. Otuz işğal ilində Azərbaycana bəslənilən iyrənc münasibət ortadaykən AŞPA-nın bizdən nəsə tələb etmək haqqı varmı? AŞPA kimi qondarma təşkilatlar böyük güclərin əlində başqalarına təziq alətindən başqa heç nə deyil.
AŞPA üç ay bundan öncə – 23 oktyabr 2023-cü il tarixixdə qəbul etdiyi “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edərək o sənəddə Qarabağ torpaqlarımızda 19 sentyabr tarixdə keçirtdiyimiz antiterror əməliyyatlarına görə Azərbaycanı açıq-aşkar təhdid etmişdi. Azərbaycan Ordusunun bölgədə terrorizmin və separatizmin kökünü birdəfəlik kəsməy yönəlmiş lokal xarakterli anti-terror əməliyyatlarını hərbi əməliyyatlar kimi qiymətləndirib, “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti”ndən ciddi narahatçılıq ifadə edilən bu sənəddə AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələyib. Deməli AŞPA-nın indi atdığı addımı ən azı 3 ay bundan öncə planlaşdırılıb. Azərbaycan AŞPA-nın keçən ilin oktyabr ayında qəbul etdiyi o bədnam qətnamədən ötən müddət ərzində nə etməli idi ki, AŞPA ilin yekunlarına həsr olunacaq toplantıda Azərbaycan nümayəndə heyətinin mandatını təsdiq etsin? Bu “ağaların” təbirincə ötən müddət ərzində biz erməni terroristlərini Qarabağ torpaqlarımıza qaytarmalı və antiterror əməliyyatları zamanı müsadirə etdiyimiz hərbi texnikanı, hərbi sursatları onlara qaytarıb deməliydik ki, bəs buyurun davam edin separatist əməllərinizi… AŞPA kimi təşkilatların bu şəkildə davranışları siyasi fahişəlikdir. Bunun bir başqa adı yoxdur. Ona görə də Azərbaycan nümayəndə heyəti çox haqlı olaraq ləyaqətini artıq çoxdan itirmiş təşkilatda öz fəaliyyətini qeyri-müəyyən vaxta təxirə saldı. Mən hesab edirəm ki, biz Azərbaycanın haq işinə qarşı çıxan ölkələrlə və beynəlxalq təşkilatlarla müstəsna olaraq onların başa düşdükləri dildə danışmalıyıq.”– deyə Fikrət Yusifov bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90