image-rt-reklam
image-1backend

Orta məktəbi və institutu Bakıda bitirən məşhur KOSMONAVT

image-728x90

Bir neçə gündür ki, sosial şəbəkələrdə vaxtı ilə Bakı ilə əlaqəsi olmuş kosmonavtlar müzakirə mövzusudur.

Ulusal.az saytı müzakirələri nəzərə alaraq vaxtilə Azərbaycanda yaşamış, orta və ali məktəbi Bakıda bitirmiş sovet kosmonavtlarından daha biri haqda məlumatları diqqətinizə çatdırır.

Təqaüdçü kosmonavt, Sovet İttifaqı Qəhrəmanı Vitali Jolobovun Bakı ilə ilə bağlı çoxlu xatirəsi var. Bu da səbəbsiz deyil, axı o, ömrünün 22 ilini Bakıda yaşayıb.

Vitali Mixalyloviç Jolobov 18 iyun 1937-ci ildə Ukraynanın Xerson vilayətinin Staraya Zburyevka kəndində anadan olub.

Vitali uşaq olanda valideynləri ilə Bakıya köçüb. Onun atası Bakıda “Kaspar” paroxodunun kapitanı olub.

Orta məktəbi Bakıda oxuyan V.Jolobov 1954-cü ildə paytaxtımızdakı 164 saylı ümumi təhsil müəssisəsini bitirib.

Daha sonra Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Neft və Sənaye Universiteti) daxil olub. 1959-cu ildə institutun avtomatika və telemexanika fakültəsini bitirərək mühəndis ixtisasına yiyələnib.

Ali məktəbi bitirəndən sonra – 1959-1961-ci illərdə aviasiya hərbi hissəsində xidmət edib.

V.Jolobov 1962-ci ildə Moskva Aviasiya Hospitalında tibb komissiyasından keçərək SSRİ Mərkəzi Həkim-Uçuş Komissiyasına buraxılış alıb və 1963-cü ildə kosmonavtlar dəstəsinə daxil edilib.

1963-1981-ci illərdə Yuri Qaqarin adına Kosmonavtların Hazırlanması Mərkəzində işləyib.

1974-cü ildə Hərbi-Siyasi Akademiyanı bitirən Vitali Jolobov daha bir diploma sahiblənib.

13 il yüksək səviyyəli hazırlıq keçdikdən sonra V.Jolobov 1976-ci ilin avqustunda kosmosa uçub və 49 sutkadan çox kosmik fəzada qalıb.

O, “Soyuz-21” kosmik gəmisinin bort mühəndisi olub.
Ətraflı

V.Jolobov keçmiş Sovet İttifaqının 35-ci, dünyanın isə 78-ci kosmonavtı idi.

O, kosmosda cəmi bir dəfə olub.

1981-ci ildə kosmonavtlar dəstəsindən ehtiyata göndərilib. 1982-ci ildə isə daimi yaşamaq üçün Kiyevə köçüb.

V.Jolobov bir sıra xatirlərində kosmosa gedən yolunun Bakıdan başladığını bildirib.

O, Bakının qaynar, dolanbac küçələrini, mehriban orta və ali məktəb müəllimlərini, qayğıkeş qonşularını, sədaqətli dostlarını həmişə xatırladığını deyib.

Ukrayna Prezidenti Leonid Kuçmanın 1995-ci ildə Azərbaycana rəsmi səfəri zamanı nümayəndə heyətində Bakıya gəlib.

V.Jolobov 2002-2015-ci illərdə “Slava ” Ümumukrayna Birliyinin və Ukrayna Aerokosmik Cəmiyyətinin prezidenti vəzifəsində çalışıb. Hazırda təqaüddədir.

V.Jolobov iki dəfə evlənib. Hər evlilikdən bir qızı dünyaya gəlib.

Təqaüdçü kosmonavt asudə vaxtını müxtəlif formalarda keçirməyi xoşlayır. Onun hobbi dairəsi çox genişdir: balıqçılıq və musiqi, avtomobil və aviasiya…modern.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90