image-rt-reklam
image-33backend

Ordumuzdan düşmənə CAVAB – İki erməni əsgər MƏHV EDİLDİ

image-728x90

Ermənistanın təxribatına cavab olaraq görülən tədbirlər nəticəsində iki erməni əsgər məhv edilib, biri yaralanıb.

Ulusal.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Ermənistan Müdafiə Nazirliyi vəziyyət barədə bir azdan açıqlama yayacağını bildirib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin bu gün yaydığı məlumatda isə bildirilir ki, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.

Nəticədə üç hərbi qulluqçumuz yaralanıb.

“Hazırda qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri görülür”, MN-dən bildirilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90