image-2000x150
image-1backend

“Onun ölkəmizə daxil olmasına niyə icazə verməliyik?”

image-728x90

“Bir neçə gün öncə İsveçrə parlamentinin ermənipərəst üzvü, Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən Nik Quqqer ATƏT-in müşahidə missiyasının tərkibində Azərbaycana gəlib və hava limanından geri qaytarılıb. Quqqer AŞPA-da Azərbaycana qarşı qeyri-obyektiv çıxışlar etməklə yadda qalıb. O, mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş bəyənatlar səsləndirib”​.

“Qafqazinfo”nun məlumatına görə, Milli Məclisin deputatı Elnur Allahverdiyev hesab edir ki, isveçrəli parlamentarinin hava limanından geri qaytarılması Azərbaycanın suveren hüququdur.

“Biz ərazi bütövlüyümüzə kölgə salmaq istəyən, suverenliyimizə qarşı çıxış və hərəkət edən istənilən şəxs və beynəlxalq təşkilat nümayəndəsinə qarşı prinsipial mövqeyimizi nümayiş etdirməliyik. N.Quqqerin hava limanından geri qaytarılması bu mövqeyimizin müzakirə predmeti olmadığının göstəricisidir”, – deputat bildirib.

E.Allahverdiyevin sözlərinə görə, Quqqerin ATƏT missiyası çərçivəsində Azərbaycana gəlməsi və guya seçkiləri müşahidə etmək istəyinin səmimiliyinə ciddi şübhə var:

“Bu şəxs bizim ərazi bütövlüyümüzə qarşı AŞPA tribunasından hörmətsizlik edir. Baxmayaraq ki, təmsil etdiyi dövlət və beynəlxalq təşkilat Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Onun gəlib Azərbaycanda seçkiləri müşahidə etmək istəyi nə qədər səmimi və saf ola bilər? Onun missiya tərkibinə daxil edilməsinin özü ciddi sualların meydana çıxması üçün bir əsasdır” – deyən E.Allahverdiyev əmindir ki, isveçrəli deputatın səfəri təxribat xarakterli olub və ölkədə izlənən firavan seçki mühitinə kölgə salmaq niyyəti güdüb”.

Parlamentari qeyd edib ki, Azərbaycan ərazi bütövlüyünə hörmətsizlik edən, vaxtilə separatçıların işğalı altında olan bölgəmizə qanunsuz səfərlər etmiş siyasətçilərə və xarici vətəndaşlara qarşı eyni sərt və prinsipial mövqedə olub, zaman isə bu yanaşmanın obyektivliyini göstərib:

“Quqqerin təmsil Avropada bəzi ölkələr ərazisində saxta “erməni genosidi”ni tanımadığını deyən istənilən şəxsin həbsini qanuniləşdiriblər. Baxmayaraq ki, bu qərarın nə hüquqi, nə tarixi, nə də mənəvi əsası var. Biz nəyə görə ərazi bütövlüyümüzə, suverenliyimizə hörmətsiz yanaşan birinin ölkəmizə daxil olmasına icazə verməliyik?”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90