image-rt-reklam
image-1backend

“Onların gücü yoxdur” – Budanov Rusiya ordusundakı vəziyyəti açıqladı

image-728x90

“İki ilə Avdeyevkanı almaq – budurmu böyük rus ordusunun uğuru?”

Ukrayna Hərbi Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Ukrayna qüvvələrinin Avdeyevkadan çıxarılması fonunda cəbhədə vəziyyətin çətin olduğunu etiraf edib. Bununla belə o, qeyd edib ki, tammiqyaslı müharibənin üçüncü ilinin astanasında Rusiyanın da ciddi problemləri var.

Budanovun “The Wall Street Journal”-a verdiyi məlumata görə, peşəkar rus ordusu işğalın ilk ilində böyük ölçüdə məhv edilib. İndi Rusiya səfərbərliyə cəlb olunan hazırlıqsız şəxsləri “ət hücumlarına” göndərir.

Budanovun sözlərinə görə, Rusiya hazırda istehsal edə biləcəyindən daha çox artilleriya mərmisindən istifadə edir: “Düşmən son bir ildə yüzlərlə tank buraxsa da, onların əksəriyyəti köhnə modellərdir. Onarın cəmi 178-i yeni olub. Bundan əlavə, tədarükün azalması səbəbindən Rusiya Ukraynaya raket atışlarını azaldıb”.

Budanovun sözlərinə görə, Rusiyanın bu il Donetsk və Luqansk vilayətlərinin bütün ərazilərini ələ keçirmək kimi əsas strateji məqsədinə nail olması çətin olacaq: “Onların gücü yoxdur”.

Qərb rəsmiləri və analitikləri Budanovun açıqlamalarını bu il Ukrayna üçün optimal ssenari adlandırırlar. Ukrayna ağıllı müdafiə döyüşü apara bilsə, Rusiya qüvvələrini sarsıdıb öz qüvvələrini yenidən qura bilsə, 2025-ci ildə zəifləmiş düşmənə qarşı növbəti əks hücuma keçə bilər. Budanov isə bununla bağlı deyib: “Onlar (tərəfdaşlar –red.) biz hazırlaşarkən (yeni əks-hücuma-red.) bütün il ərzində bizi silah və sursatla təmin etməyə hazır olacaqlar, ya yox? Bu, maraqlı sualdır”.

Bu arada Londonda yerləşən “Royal United Services Institute” analitik mərkəzinin son araşdırması Rusiya qüvvələrinin təzyiqlərinin və imkanlarının ilin sonunda özünün pik nöqtəsinə çatacağını, 2025-ci ildə isə sursat və zirehli texnika çatışmazlığı ilə qarşılaşacağını müəyyən edib.

Zelenski şənbə günü Münhendə keçirilən təhlükəsizlik forumunda deyib ki, Rusiya on minlərlə insanın həyatı bahasına, kiçik şəhərləri dağıdaraq irəliləyiş əldə edib. Budanov isə qeyd edib ki, Rusiya hazırda Ukraynada 510 min əsgər saxlayır. Ruslar ayda 30 minə yaxın adamı orduya götürə bilirlər, lakin Moskva öz qoşunlarından səmərəli istifadə edə bilmir.

Budanovun sözlərinə görə, Rusiya ordusu Avdeyevkanı ələ keçirmək üçün iki il ağır döyüşlər aparıb. Digər hesablamalara görə, Avdeyevkanın tutulması prosesi 2014-cü ildən başlayaraq, on il davam edib.

“Budurmu böyük, qüdrətli rus ordusunun uğuru?”, – Budanov “The Wall Street Journal”-a müsahibəsində istehza ilə soruşub.“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90