Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin edilir.
Ulusal.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi haqqında layihədə yer alıb.
Layihəyə əsasən, Toğrul Nəcəfəli oğlu Əliyev, Gülər Azər qızı Paşayeva, Əli İsmayıl oğlu Əhmədov və Vüsal Cahangir oğlu Xəlilov Mərkəzi Bankı İdarə Heyətinin üzvü təyin edilir.
Bundan başqa, Rəşad Temraz oğlu Orucov isə Bankın İdarə Heyətinin üzvü vəzifəsindən azad edilir.