image-rt-reklam
image-1backend

Onlar 9 gündür itkindir- Hər gün ümid azalır…

image-728x90

Xəbər verdiyimiz kimi Bakının Maştağa qəsəbəsində iki qız 9 gündür itkin düşüb. Bu günə qədər onlardan heç bir məlumat yoxdur.

Ulusal.az xəbər verir ki, 2008-ci il təvəllüdlü Hüseynova Aygün Bəhram qızı və 2007-ci il təvəllüdlü Hüseynova Reyhan Elşən qızı aprelin 16-dan itkindir.

Onlar birlikdə Maştağa qəsəbəsindən çıxıb və bir daha geri dönməyiblər. Onlar dayıqızı-bibiqızı olublar.

Hazırda polis əməkdaşları onların axtarışını davam etdirir. Lakin harada olmaları barədə hələki informasiya əldə etmək mümkün olmayıb.

Qızların harada olmaları ilə bağlı ehtimal belə yoxdur.

Azyaşlıların valideynləri Musavat.com-a qızların evdən getmə səbəbləri barədə bəzi detalları açıqlamışdılar.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90