image-rt-reklam
image-1backend

Ömrünü səhiyyəyə həsr etmiş FAZİL İSMAYILOV

image-728x90
Sağlamlığımızın keşiyində dayanan əsl həkimdən danışacam.

Bu həkim Yevlax rayonunun tanınmış ziyalılarından biri olan İsmayılov Fazil Valeh oğludur. O, ömrünü səhiyyəyə həsr edib. Bunu rayonda da, ölkədə də yaxşı bilirlər.

Həkim peşəsi yer üzündə ən nəcib, insani və zəruri peşələrdən biridir.Həkim insanları sevməlidir.
Xəstə həkimdən, tibb işçisindən qayğı və sevgi görməlidir. Canı ağrıyan insan başının üstündəki həkimdən insanlıq görərsə, onun ağrı-acıları da yaddan çıxar.

Xoş bir söz, xoş əməl həkimə baş ucalığı, xəstəyə inam gətirir. Bu keyfiyyət adını çəkdiyim Fazil doktora da məxsusdur. O, öz sahəsində nə qədər yüksəlsə də insanlığını unutmayan həkimlərdəndir. Həm də yerinə-yurduna bağlı adamdır.

Bəlkə elə buna görədir ki, hara getsə də yenə də doğma Yevlax şəhərinə qayıdıb. Hətta Səudiyyə Ərəbistanında da ixtisası üzrə bir müddət işləyib. Amma yenə də el-obasına qayıdıb.

Fazil İsmayılov hazırda Yevlax Rayon Mərkəzi Xəstəxanasının direktorudur. O bu vəzifəyə 2021-ci ilin sentyabrından təyin olub.

Gənc vaxtlarından boya-başa çatdığı məkandı. İndi xəstəxananı müasir tələblərə uyğunlaşdırmaq onun öhdəsinə düşüb. İnanırıq ki, bu çətin işin öhdəsindən gələcək.

Buna Fazil doktorun təhsili də, iş təcrübəsi də imkan verir. O, Azərbaycanda və tarixə qovuşmuş Sovet İttifaqında qabaqcıl ali məktəblərdən hesab edilən Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin məzunudur.
Əmək fəaliyyətində respublikanın müxtəlif səhiyyə ocaqlarında rəhbər vəzifələr daşıyıb. Hər yerdə də pasiyentlərin, kollektivin rəğbətini qazanıb. Yəqin bu rəğbətə görədir ki, həmişə yüksəlib.
Fazil İsmayılovun əmək və ömür salnaməsində əzablı və qürurlu səhifələr də var. Bu əzab, qürur Qarabağ Savaşında yaşanıb.
Yevlax rayonu coğrafi mövqeyinə görə Qarabağa ən yaxın məkandır. Daim düşmən tətiyinin hədəfində olub. Birinci Qrabağ müharibəsində, Xocalı Soyqırımı zamanı, 2016-cı il Aprel Döyüşləri günlərində, 44 günlük Vətən Müharibəsində gərgin rejimdə işləyən xəstəxanalardan biri olub.

Fazil həkim özü şəxsən cəbhə bölgəsindən Yevlax xəstəxanasına, səhra hospitallarına yaralılar daşıyıb, reanimatoloq
-anestezioloq kimi neçə-neçə hərbçini, yaralı dinc sakinləri həyata qaytarıb. Bu fəaliyyətinə görə “Tərəqqi”, “Böyük Zəfər”, “Həzi Aslanov” medalları ilə təltif olunub.

Müharibədən sonra rəhbərlik etdiyi tibb ocaqlarında şəhidlərin ailə üzvlərini, qaziləri işlə təmin edib, bu zümrədən olan insanlara həmişə diqqət, qayğı göstərib.

Fazil İsmayılov əsl ziyalı ailəsində böyüyüb, tərbiyə alıb. Onda yüksək insani keyfiyyətin, təşkilatçılıq qabiliyyətinin formalaşmasında atası- İsmayılov Valeh İlyas oğlunun böyük rolu olub.

Necə deyərlər, ot kökü üstündə böyüyüb. Valeh İsmayılov 1960-1962-ci illərdə Yevlaxda MTS direktoru, 1962-1965-ci illərdə Yevlax Rayon İcraiyyə Komitəsinin sədri işləyib.

Ümummilli Lider Heydər Əliyev ilk dəfə-1969-cu ildə Azərbaycan rəhbərliyinə gələndən sonra Valeh İsmayılov hakim Kommunist Partiyasında irəli çəkilib.

1971-1989-cu illərdə Yevlax Rayon Partiya Komitəsini 2-ci katibi olur. İki ali təhsil alıb. Moskva Ali Partiya Məktəbinin və Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun məzunu olub. Fazil müəllim də atası kimi həmişə dövlətə, azərbaycançılığa, Heydər Əliyev ideyalarına, İlham Əliyev siyasi xəttinə xidmət yolunu tutub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90