image-rt-reklam
image-1backend

“Ömrümün 15 ilini Azərbaycan mediasına xidmət etməklə qeyd edirəm” – Tural Əhmədov

image-728x90

Bu gün ölkəmizdə jurnalistərin peşə bayramı eləcədə Azərbaycan Mətbuatının 150 illiyi qeyd olunur.

Müxtəlif media qrumlarının rəhbərləri bu günlə bağlı sosial şəbəkələrdə status yazaraq həmkarlarını təbrik edirlər.

Ulusal.az xəbər verir ki, 1xeber.media-nın rəhbəri Tural Əhmədov instagram hesabında status yazaraq bu günün özəlliyinə xüsusi diqqət çəkib:

“2005–2009-cu illərdə Jurnalistika fakültəsində təhsil aldığım illərdə mərhum Şirməmməd Hüseynov, Yalçın Əlizadə, Mahmud Mahmudov, Cahangir Məmmədli kimi dəyərli müəllimlərdən dərs almaq mənim üçün böyük məktəb oldu. Onlardan öyrəndiklərimi bu gün də təkmilləşdirirəm. Çünki jurnalistika yalnız bir peşə deyil həm də yaradıcı yanaşma və sosial məsuliyyət tələb edən bir missiyadır.

Jurnalist cəmiyyətə xidmət edən, informasiya verən və maarifləndirən şəxsdir. Bu yolda məsuliyyət hissini itirməmək ən önəmli şərtdir. Mətbuat tariximizi yazanlar bizə bu mirası əmanət qoyublar. Emanətə isə xəyanət olmaz!

Prezident İlham Əliyevin media sahəsinə göstərdiyi diqqət 44 günlük Vətən müharibəsində öz real nəticəsini göstərdi Azərbaycan mediası bu imtahandan üzüağ çıxdı.

Bu gün mətbuatımızın beynəlxalq informasiya sisteminə inteqrasiyası, haqq sözümüzün dünya ictimaiyyətinə çatdırılması qürurvericidir. Medianın İnkişaf Agentliyinin (MEDİA) fəaliyyəti isə bu istiqamətdə mühüm addımlardan biridir.

Artıq 15 ildir ki, həyatımı Azərbaycan mediasına həsr etmişəm. Və bu günün digər özəlliyi isə ölkə səviyyəsində Milli Mətbuatımızın 150 illiyinin qeyd olunmasıdır. Şərəfli bir tarixə şahidlik edirik. Bu bayram təkcə jurnalistlərin deyil, cəmiyyətin bayramıdır. Bayramımız mübarək!”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90