image-rt-reklam
image-1backend

Ömrü yarıda qırılan BÖYÜK AKTYOR: Onun ölümünü tezləşdirən FACİƏ

image-728x90

“Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə”, “Qızıl uçurum”, “Babək”, “Bir Cənub şəhərində”, “İnsan məskən salır”, “İstintaq davam edir”, “Qatır Məmməd”, “Qəm pəncərəsi”, “Qərib cinlər diyarında”, “Möcüzələr adası”, “Nizami”, “Topal Teymur”, “Yaramaz”, “Yol əhvalatı”, “Qətl günü və daha neçə-neçə filmlərdə, televiziya tamaşalarında, səhnədə yaratdığı bənzərsiz obrazları ilə yadda qaldı.

Hələ nə qədər filmdə neçə-neçə obraza can verəcəkdi, tamaşaçılarını sevindirəcəkdi. Amma sən saydığını say, gör fələk nə sayır. Qəfil ölümü ilə bu dünyadan köç etdi sevilən aktyor Hamlet Xanızadə. Cəmi 49 il ömür sürdü. Adını isə əbədi olaraq kino tarixinə həkk etdi.

Koloritli aktyor idi, danışığı, görkəmi yerişi-duruşu ilə seçilirdi. Yox, təkcə seçilmirdi. Həm də sevilirdi Hamlet Xanızadə. Sənətlə şəxsiyyəti vəhdət təşkil edirdi. Özünə və sənətinə hörmət etməyi bacarırdı. Bəlkə elə hədsiz sevilməyinin də əsas səbəbi də bu idi.

Ömrünün son illərində nədənsə narahat idi, dostlarının dediyinə görə, özünə qapanırdı. İllərlə çalışdığı Akademik Milli Dram Teatrını da tərk etmişdi. Amma danışmağı, dilə gətirməyi, “mən də varam” deyib, hayqırmağı yox idi. Buna haqqı da çatırdı. İçində üsyan etsə də, susmağa üstünlük verirdi aktyor. Yəqin qarşılaşdığı haqsızlıqlar onu üzürdü.

Filmlərdə yaratdığı baş rollara, sevilən, seçilən aktyor olmasına baxmayaraq, Hamlet Xanızadə layiq olduğu fəxri adı – Xalq artisti adını da almamışdı. Daha doğrusu, verməmişdilər. Təbii ki, o da buna görə durub kiməsə yalvarası, ağız açası deyildi. Dedim axı özünə, peşəsinə hörmət edən insan idi. Və günlərin bir günü bu ağrılar, bu haqsızlıqlar aktyoru içdən sarsıtdı. Bir yandan da 1990-cı ilin 20 Yanvar hadisələri onu mənəvi cəhətdən çökdürdü. Hamlet Xanızadə çox, həm də daha çox vətənpərvər insan idi. Bu dəhşətli faciəyə dözmək üçün onda mənəvi güc qalmamışdı. Bu faciə onun ölümünü tezləşdirdi. Qanlı yanvardan çox çəkmədi, fevralın 3-də gözlərini əbədi olaraq yumdu. Amma gedən cismi idi… Sevilən aktyor bu gün də yaradıcılıq ömrünü davam etdirir. Yaratdığı gözəl obrazları ilə…yenicag.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90