image-rt-reklam
image-7backend

Ombudsmanın illik məruzəsinin təqdim edilməsi qaydalarına dəyişiklik olunub

image-728x90

İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsinə parlamentin komitə iclasında baxılmayacaq.

Ulusal.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edilib ki, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) konstitusion statusu nəzərə alınaraq, onun illik məruzəsinə komitə iclasında deyil, birbaşa Milli Məclisin iclasında baxılması təklif edilir. Başqa sözlə, parlamentin İnsan hüquqları komitəsi artıq Ombudsmanın hesabatına rəy verməyəcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90