image-rt-reklam
image-1backend

“Ölkəmizdəki bəbirlər Türkiyəyə, Qaradəniz sahillərinə qədər gedib çıxıb”-AÇIQLAMA-MARAQLI+FOTO

image-728x90
“22 ildir ki, ölkə ərazisində bəbirləri müşahidə edirik. Biz adətən onları Naxçıvanda Zəngəzur dağ silsiləsində, Hirkanda və Talış dağlarında görürdük. İlk bəbirin fotosunu 2007-ci ildə kamera vasitəsilə Talış dağlarında çəkmişik. 2012-ci ildə Naxçıvanda bəbiri lentə ala bildik. Daha sonra kameralarımızın sayını artırdıq. Hazırda 120-dən çox kameramız var. Naxçıvanda 9 yetkin fərd kameraya düşmüşdü. Bu illər ərzində onların 9 balası dünyaya gəlib. Hətta gedib Türkiyəyə, Qaradəniz sahillərinə qədər  çıxmışdılar. Onların üzərlərindəki xallarla həmin bəbirləri tanıyırıq” bunu Moderator.az-a açıqlamasında Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin direktoru Elşad Əsgərov deyib. O daha sonra əlavə edib.
“Biz təxmin edirdik ki, Zəngəzurda böyümüş həmin heyvanlar şimala yayılaraq Qarabağdan keçib gedirlər. Qarabağ bir miqrasiya rolunu oynayırdı. Çoxdan gözləyirdik ki, onlar digər bölgələrimizdə də görüntülənəcəklər. Kəlbəcər işğaldan azad ediləndə əsgərlər bir bəbiri videoya çəkmişdilər. Quraşdırdığımız kameraları çox gözləməli olduq. Çünki Kəlbəcər böyük rayondur. Bizim əməkdaşlarımızın ən böyük təcrübəsi ondan ibarət idi ki, onlar bilirdilər bəbirlər haradan gəlib keçir. Əməkdaşlarımız kameraları həmin qayalarda quraşdırdılar. Nəhayət ki, həmin heyvanın görüntüsünü çəkmək bizə nəsib oldu. Laçının Nağdəli kəndindən bizə bir video çəkib göndərmişdilər. O görüntüdə olan heyvan da bəbirdir. Qarabağda tarixən bu heyvan yaşayıb. 1989-cu ildə sayı azaldığına görə “Qırmızı kitab”-a düşüb. Azərbaycanda onların yaşaya biləcəyi ərazilər çox deyil. Bəbirin əsas arialı Afrika və Asiyadır. O cənub heyvanıdır. Bizim ölkəmiz onların ən şimal nöqtəsində yerləşir. Arialın kənarında heyvanların sayı az olur. İşğal olunmuş ərazilərimizdə o qədər də insan olmayıb, onlar məskən sala bilməyiblər. Ermənilərin öz ölkələrində də sayları azdır. Öz ölkələrini tərk edib gedirlər. Təbiətə ziyan vurublar, meşələri qırıblar, amma adam az olan yerdə heyvan arta bilir. İnsanların azlığından istifadə edib bəbirlər populyasiyanı bərpa etmişdilər. Meşələr yananda səsdən-küydən heyvanların əksəriyyəti çıxıb gedib” deyə Elşad Əsgərov bildirib.
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90