image-rt-reklam
image-2backend

Ölkəmizdə idmanın kütləviliyini təmin etmək prioritet vəzifədir

image-728x90

Gənclər və idman siyasəti Azərbaycan dövlətinin prioritet sahələrindən biridir.  Bu sahənin inkişafı ilə bağlı kifayət qədər işlər görülüb.  Görülən işlərin nəticəsidir ki,  müxtəlif idman yarışlarında Azərbaycan bayrağı daim ucalarda dalğalanır. Ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan sonra idman sahəsində əldə edilən qələbələr ona bir idman ölkəsi kimi nüfuz qazandırıb.

Gənclərimizə, onların sağlam, bilikli, vətənpərvər insan kimi böyüməsinə hər zaman ciddi diqqət yetirən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev bu istiqamərdə çox işlər görüb. İdmanla bağlı müxtəlif dövlət proqramlarının, qanunverici aktların qəbulu gənclərin bu sahəyə marağını daha da artırıb. Sevindirici haldır ki, nəinki paytaxt Bakıda, eyni zamanda, regionlarda da müasir standartlara cavab verən idman mərkəzləri fəaliyyət göstərir. Bütün bunlar gənclərin həm asudə vaxtlarının səmərəli keçirməsinə, həm də zərərli vərdişlərdən uzaq olmasına zəmin yaradıb.

Onun uzaqgörən siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev bildirib ki, gənclərin zərərli vərdişlərdən uzaq olması,  onların asudə vaxtlarının səmərəli təşkili ilə bağlı kompleks işlər görülür. Bu baxımdan idmanın da rolu danılmazdır.  Belə ki,  idman gənclərin zərərli vərdişlərdən uzaq olmasına kömək edir.

İdman sahəsinə göstərilən qaygının məntiqi nəticəsi olaraq Azərbaycan idmançılarının beynəlxalq uguru göz önündədir. Mötəbər turnirlərdə möhtəşəm uğura imza atan gənclərimizin, peşəkarlarımızın səsi dünyanın hər yerindən eşidilir. Bu uğurların davamı Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında  olmuşdur. Çətin və gərgin keçən çempionatda ölkəmizin milli komandası böyük ustalıq və əzmkarlıq göstərərək finala yüksəlib. Milli Gimnastika Arenasında təşkil olunan final görüşündə Azərbaycan və Macarıstan yığmaları üz-üzə gəlib. Matç komandamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu ölkəmizin idman tarixinə çox böyük uğur kimi həkk olunub.

İyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini və onların məşqçilərini  qəbul edərək böyük qələbə münasibəti ilə idmançıları və onların məşqçilərini təbrik edən dövlətimiz başçısı deyib: “Siz Azərbaycan xalqına yeni qələbə sevinci bəxş etmisiniz! Dünya çempionu olmaq böyük şərəfdir və böyük məharət tələb edir, xüsusilə komanda idman növündə. Bu, artıq gözəl tarixdir. Bu tarixi yazan da sizsiniz və şadam ki, Azərbaycanda minifutbol üzrə belə güclü oyunçularımız var”.

Bu gün Azərbaycanda idmana maraq artmaqdadır.  Adını dünya idman tarixinə yazdıran idmançılarımız Azərbaycan bayrağını daim uca zirvələrə qaldırırlar.  Bütün bunların əsasında hökumətin idmanla bağlı həyata keçirdiyi doğru,  düşünülmüş idman siyasəti dayanır. İdman infrastrukturlarının qurulması,  bərpası istiqamətində aparılan işlər nəticəsində idmana maraq kütləvi hal alıb.  Demək olar ki,  bütün sahələr üzrə həm kifayət qədər təcrübəli mütəxəssislər formalaşıb,  həm də maddi texniki baza vardır.

Ölkə başçısı bildirib ki, “əminəm ki, bu qələbə minifutbolun inkişafına növbəti təkan verəcək. Artıq Azərbaycan milli komandası bütün mümkün olan titulları qazanıb – Avropa çempionu, dünya çempionu. Əlbəttə ki, uşaqlar, yeniyetmələr, bax, bu qələbəyə sevinənlər – bizim gənc nəslimiz hesab edirəm ki, minifutbola daha böyük maraq göstərəcək və bu idman növünün inkişafı Azərbaycanda sürətlə gedəcək”.

Xüsusi olaraq qeyd edilib ki, milli komandamızın bütün üzvləri Azərbaycanda yetişdirilmiş gənclərdir. Bunun da xüsusi önəmi var. Bu gün Azərbaycan milli komandası sırf Azərbaycanda doğulmuş, boya-başa çatmış gənclərdən ibarətdir və bu da xüsusi qürur hissi oyadır.

“Mən əminəm ki, bundan sonra da siz bizi sevindirəcəksiniz. Gələcəkdə çoxlu yarışlar var. Bildiyiniz kimi, indi Azərbaycanın bölgələrində idman qurğuları inşa edilir, inşaat geniş vüsət alıb və minifutbol meydançalarının da yaradılmasında böyük fayda olacaq, həm Bakıda, həm də bölgələrdə. Əminəm ki, federasiya dövlət qurumları ilə, sponsorlarla birlikdə bu sahədə növbəti uğurlu addımlar atacaqdır”, deyə cənab Prezident bildirib.

Bu gün Azərbaycanın bölgələrində 50-yə yaxın müasir Olimpiya İdman Kompleksləri fəaliyyət göstərir. Hətta, işğaldan azad edilmiş torpaqlarımızda belə müasir stadionların, İdman Komplekslərinin və müxtəlif idman qurğularının tikintisi azad edilmiş şəhərlərimizin Baş Planında öz əksini tapmışdır. Bu diqqət, qayğı da bütün Azərbaycan vətəndaşları tərəfindən böyük qürur və rəğbət hissi ilə qarşılanır.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90