image-rt-reklam
image-1backend

Öldürülən səfirlik əməkdaşları ilə bağlı YENİ DETAL – Nişanlı olublar

image-728x90

Vaşinqtonda Paytaxt Yəhudi Muzeyinin qarşısında güllələnərək öldürülən İsrail səfirliyinin 2 əməkdaşının nişanlı olduqları açıqlanıb.

Ulusal.az xəbər verir ki, bu barədə İsrail səfirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd edək ki, onları güllələməkdə şübhəli bilinən şəxs artıq saxlanılıb. Paytaxt Polis Departamentinin rəisi Pamela Smit mətbuat konfransında bildirib ki, həmin şəxs Çikaqodan olan 30 yaşlı Elias Rodriqezdir.

Atışmadan əvvəl o, muzeyi dolaşıb. Hadisə zamanı həmin şəxs dörd nəfərlik qrupa yaxınlaşaraq tapançadan iki nəfərə atəş açıb. Atışmadan sonra isə yenidən muzeyə daxil olub və mühafizəçi tərəfindən saxlanılıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90