image-rt-reklam
image-1675749276_ohanyannbackend

Ohanyanın deputat toxunulmazlığı bu gün ləğv oluna bilər

image-728x90

Ermənistan parlamenti bu gün “Hayastan” müxalifət fraksiyasının lideri, keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı cinayət təqibinin başlanması ilə bağlı baş prokurorun vəsatətinə baxacaq.

Parlamentə göndərilən üç petisiyadan birinin mətni məxfidir, hətta Ohanyan da onunla tanış deyil, çünki onun məxfi sənədlərə çıxışı yoxdur.

Digər iki petisiyada Ohanyanın nazir olduğu dövrdə (2008-2016) qeydə alınan qanun pozuntuları sadalanır: vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda israfçılıq, mənimsəmə və s.

Ermənistanda Seyran Ohanyanı deputat toxunulmazlığından məhrum ediləcəyi, daha sonra onun həbs olunacağından danışırlar.

Qeyd edək ki, müxalifət parlamentin bugünkü iclasını boykot edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90