Oğuzda baş verən dəhşətli qəza ilə bağlı cinayət işi açılıb.
Əlizadə Nihad Namiq oğlu idarə etdiyi “BMW” markalı avtomobillə yaşadığı Oğuz rayonu Padar kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirərək avtomobilin aşaraq yanması nəticəsində avtomobildə olan sərnişin, 2004-cü il təvəllüdlü Mirzəyev Rəvan Asaf oğlu hadisə yerində ölüb.
Faktla bağı Oğuz Rayon Polis Şöbəsində cinayət məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır./Lent.az